yenicag.az

Kərəm Həsənov Qobustanda vətəndaşları qəbul edəcək

Kərəm Həsənov Qobustanda vətəndaşları qəbul edəcək

Müəllif: Redaktor

Editor

1G0A5324 (1)Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov fevralın 19-da Qobustan rayonunda vətəndaşları qəbul edəcək.

Yenicag.az-a daxil olan məlumata görə, qəbulda Qobustan, Şamaxı, Ağsu rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq.

Qəbulda yuxarıda qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilər. Yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaq.

Qəbula yazılmaq istəyən vətəndaşlar komitənin office@emdk.gov.az elektron ünvanına yaza və aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:

Komitənin Aparatı: (012) 490 24 08 (daxili 105 və 349)

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı ərazi idarəsi:

020-24 (5-29-93), 020-26 (5-01-08)

3-cü-sektor

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti