Kərəm Həsənov Yardımlıda vətəndaş qəbulu keçirib

Kərəm Həsənov Yardımlıda vətəndaş qəbulu keçirib

Müəllif: Redaktor

Editor

429ad90e-dabd-479e-80d8-8d2314809aa2Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 26 may 2016-cı il tarixində Yardımlıda növbəti vətəndaş qəbulu keçirib. Komitə sədri Yardımlı, Masallı, Cəlilabad və Biləsuvar rayonlarından olan vətəndaşların müraciətlərinə baxıb.

Qəbulda müxtəlif sosial təbəqədən və yaş həddindən olan vətəndaşların əksəriyyəti daşınmaz əmlakın qeydiyyatına aid müraciətlərini çatdırıblar. Müraciətlər fərdi həyət evi, mənzillər, sovet dövründə kolxoz və ya sovxozlar tərəfindən verilmiş həyətyanı torpaq sahələrinə çıxarış, texniki pasport və digər sənədlərin alınması ilə bağlı olub. Eyni zamanda, bir sıra müraciətlər pay torpaqlarının, kənd təsərrüfatı təyinatlı torpaqların dövlət reyestrində qeydiyyatı ilə bağlı olub. Bir neçə vətəndaş isə dövlət əmlakının özəlləşdirilməsi və icarəsi ilə bağlı müraciət edib. Bir sıra müraciətlər isə torpaqların təyinatına və hüquqi rejiminə uyğun istifadəsi barədə olub.
Həmçinin, vətəndaşlar işlə təmin olunma və digər məsələlərlə bağlı köməklik göstərilməsi barədə xahişlərini də çatdırıblar.

Qəbulda səsləndirilən bir sıra müraciətlərin dərhal həlli üçün komitə sədri tərəfindən göstərişlər verilib. Araşdırılması zəruri olan müraciətlər isə qeydiyyata alınıb. Komitənin səlahiyyətinə aid olmayan müraciətlərin isə aidiyyəti üzrə çatıdırılacağı vətəndaşlara bildirilib.
Komitə sədri fəaliyyət sahələri üzrə göstərilən xidmətlərdə məmnunluğun və çevikliyin artırılması məqsədilə bütün zəruri tədbirlərin görüldüyünü diqqətə çatdırıb. Mütəmadi olaraq “Kütləvi çıxarış” kampaniyası və mobil ofis xidmətlərinin, daşınmaz əmlakın və torpaq sahələrinin qeydiyyatı və idarəçiliyi ilə bağlı “bir pəncərə” sisteminin tətbiq edildiyini və vətəndaşlara təmənnasız olaraq maarifləndirmə tədbirləri olan hüquqi məsləhət xidmətlərinin göstərildiyini vurğulayıb.

Torpaq idarəçiliyi və uçotu barədə məsələlər barədə məlumat verilib. Müvafiq qanunvericiliyə əsasən torpaqların hüquqi rejiminə və kateqoriyasına uyğun istifadəsi vurğulanıb. Dövlət başçısı tərəfindən imzalanmış müvafiq Fərmana əsasən Torpaqların Elektron Uçotu İnformasiya Sistemi yaradılması barədə məlumat verilib. Bildirilib ki, bu tədbirlərin məqsədi torpaqların vahid elektron uçotunu aparmaq, faktiki və sənəd uyğunsuzluqlarını aradan qaldırmaq və ondan daha səmərəli istifadəni təmin etməkdir.

Qəbul günü birbaşa müraciət edən vətəndaşların da komitə sədri tərəfindən müraciətlərinə baxılıb və həlli istiqamətində zəruri tapşırıqlar verilib.

3-cü-sektor

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti