!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Kərimin evində insident: bıçaq çəkdi, işə polis qarışdı

!Reklam – Yazi

Tanınmış müğənni Kərim Abbasovla bağlı Binəqədi rayon Polis İdarəsinə şikayət ərizəsinin daxil olması barədə xəbər yayılıb.

Şikayətçinin sözlərinə görə, bir müddət əvvəl Kərimin Rəsulzadə qəsəbəsindəki evində təmir işlərinə başlayıb. Daha sonra evə baxış keçirən müğənni ustanın işini bəyənməyib və onlar arasında dava-dalaş olub. Münaqişə zəminində Kərim mətbəx bıçağı ilə ustaya hücum çəkib. Ətrafdakı şəxslərin köməkliyi ilə qanlı hadisənin qarşısı alınıb.

Yenicag.az məsələ ilə bağlı Binəqədi rayon Polis İdarəsi ilə əlaqə saxlayıb. Xəbər təsdiqlənib:

“Araşdırma aparılır. Bunu istintaq müəyyənləşdirəcək. Lazım olsa, Kərim Abbasov bölməyə gətiriləcək”.

Kərim Abbasov isə saytımıza açıqlamasında bu barədə danışmaq istəmədiyini bildirib:

“Mən bu barədə bir kəlmə də olsun danışmaq istəmirəm və danışmayacağam da. Ayıbdır, bu xəbəri niyə yayırlar axı?”

Qeyd edək ki, bu barədə məlumatı ilk olaraq lent.az saytı yayıb.

Cəvahir

www.yenicag.az

3922
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv