Kərimovun dəfnində Azərbaycanı kimlər təmsil edir?

Müəllif: Redaktor

Editor

kerim

Azərbaycanı Özbəkistan prezidenti İslam Kərimovun dəfn mərasimində təmsil edən nümayəndə heyəti məlum olub.

AzVision.az-ın əldə etdiyi məlumata görə, ölkəmizi dəfn mərasimində Milli Məclisin sədri Oqtay Əsədov, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə və xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edirlər.

Onlar bu gün səhər saatlarında Özbəkistana yollanıblar.

Qeyd edək ki, Özbəkistan Prezidenti İslam Kərimov ötən gün 79 yaşında vəfat edib. Dövlət başçısının ölümü ilə əlaqədar Özbəkistanda 3 günlük matəm elan edilib.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır