Kərkükdə terror aktı törədilib – 16 nəfər ölüb

Müəllif: Redaktor

Editor

63f664c3-4004-4d75-bd03-b64ffbf602a5_292İraqın şimalında yerləşən Kərkük bölgəsində törədilən terror aktı nəticəsində azı 16 nəfər ölüb.
“Report” “Al-Arabiyya”ya istinadən xəbər verir ki, iki terrorçu-kamikadze əyalətin şimal-qərbində yerləşən elekrostansiyada özlərini partladıblar.

Məlumata görə, onlar əvvəlcə stansiyaya hücum etmək istəyiblər, buna nail ola bilmədiklərindən özlərini partladıblar.
BMT-nin hesabatına əsasən, bu ilin sentyabrında İraqda mindən çox insan zorakılığın qurbanı olub, 1100 nəfər isə xəsarət alıb.


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır