!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Kərkükün statusu Bağdadın mövqeyinə güclü təsir edə bilər" - Rusiyalı ekspert

!Reklam – Yazi

Şimali İraqdakı Kürd Muxtariyyatında keçirilən referendumu müşahidə etmiş rusiyalı ekspert Sergey Malıjenkov muxtariyyat daxilindəki vəziyyəti, eləcə də referendum ətrafındakı müzakirələri Yenicag.az saytına şərh edib.

– Siz referendum zamanı Şimali İraqdakı Kürd Muxtariyyatında idiniz. Təəssüratlarınız necədir və ümumilikdə, referendum barədə nə deyə bilərsiniz?

– Sözsüz, referendum İraqın şimalında yaşayan kürdlər üçün vacib hadisə idi. Kürd Muxtariyyatının paytaxtı Ərbil referendumla bağlı plakatlara bürünüb. Demək olar ki, ünsiyyət qurmağa müvəffəq olduğum hər kəs referendumu bayram kimi qəbul edir. Müşahidəçi kimi mən də eyni emosiyaları keçirirdim.

– İştirakçıların sayı və referendumun nəticələrilə bağlı elan olunan rəsmi rəqəmlər reallığa nə qədər uyğundur?

-Müşahidəçi olduğum məntəqədə seçicilərin 50%-i iştirak edirdi. Lakin hesab edirəm ki, 80% iştirak barədə yayılan rəsmi məlumatlar reallığa uyğundur. Çünki digər şəhərlərdən olan müşahidəçilərlə də danışmışam.

– Kürd Muxtariyyatı müstəqilliyini elan edəcək, yoxsa bu barədə Bağdad, Ankara və Tehranla sövdələşmə aparacaq?

– Bunu dəqiq demək çətindir. Əgər hökumət referendum ətrafında bu qədər geniş yayılmış kampaniyadan sonra son anda müstəqillikdən imtina etsə, bu, Kürd Muxtariyyatı daxilində ciddi böhrana səbəb ola bilər. Bundan əlavə, yaxın zamanda parlament və prezident seçkiləri keçirilməlidir. Əgər Kürd Muxtariyyatı hökuməti referendumdan sövdələşmə vasitəsi kimi istifadə etmək istəyirsə, çətin ki, bunu seçkilərə qədər açıq-aşkar nümayiş etdirsin.

-Müstəqilliyin elan olunacağı təqdirdə, Kürd Muxtariyyatında Bağdad, Ankara və Tehran tərəfdən hərbi əməliyyatlara dair qorxu var?

– Hər şey mümkündür. Lakin “mübahisəli ərazilər”də də referendumun yekun nəticələrini gözləmək lazımdır. Kərkükün statusu Bağdadın mövqeyinə güclü təsir göstərə bilər. Türkiyə və İrana gəldikdə isə böyük ehtimalla, regionun onsuz da aşağı olan sosial-iqtisadi vəziyyətinə yönəlmiş iqtisadi sanksiyalar tətbiq ediləcək. Lakin hərbi əməliyyatlar riski də mövcuddur. Sözügedən vəziyyətdə 100 faiz dəqiqliklə proqnoz vermək mümkünsüzdür.

Nicat Hacıyev

www.yenicag.az

1337
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv