!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Kerri özü də ermənilərin mövqeyini müdafiə edən adamdır”- Millət vəkili

!Reklam – Yazi

%d0%b1%d0%b5%d0%b7-%d0%bd%d0%b0%d0%b7%d0%b2%d0%b0%d0%bd%d0%b8%d1%8f-13“Avropa tərəfli mövqe tutur və elə bilir ki, məsələni belə yubatmaqla Ermənistanın xeyrinə həll etmək mükün olacaq”.

Bu sözləri Yenicag.az-a millət vəkili Fazil Mustafa söyləyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfindən ölkə Prezidentinin bu istiqamətdə sərt münasibəti məsələnin həllinə imkan tanımır.

“Aprel döyüşlərindən sonra bu qərar daha da möhkəmləndi. Bu baxımdan da məcburdular ki, hər hansı şəkildə Azərbaycanın maraqlarını nəzərə alan bir addımlar atsınlar. Bunu da etməyə cəsarətləri və obyektivlikləri yoxdur”.

Millət vəkili qeyd edib ki, əslində məqsəd Kerrinin dediyi bu problemin həllinə və ya Azərbaycanın xeyrinə diqqət yönəltmək deyil.

“O, özü də ermənilərin mövqeyini müdafiə edən adamdır. Beləliklə, bu məsələdə hər hansı şəkildə bu dövlətlərin obyektiv yanaşacağı gözlənilmir. Onlar bu problemdə Azərbaycana qarşı Rusiyadan daha hiyləgər mövqe sərgiləyirlər. Bu baxımdan da həmin dövlətlərin istəyi üzrə məsələnin həll olunmasına dirəniş göstərməliyik. Avropa hələ anlamaq istəmir ki, məsələ beynəlxalq hüququn prinsipləri üzrə həll olunmasa, daha ciddi nəticələrə gətirib çıxaracaq”.

Qeyd edək ki, ABŞ dövlət katibi Con Kerri ATƏT Xarici İşlər Nazirləri Şurasının Hamburqda keçirilən 23-cü iclasında deyib ki, Azərbaycan və Ermənistan arasındakı həlli uzanan münaqişə Avropanın təhlükəsizliyini təhdid altına qoyur.

Gülnarə Eynullaqızı
Yenicag.Az

www.yenicag.az

504
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv