Kerri Trampa qarşı “Qadınlar marşı”na qatıldı - FOTO+VIDEO

Müəllif: resul

Editor

Yanvarın 20-də inauqurasiya mərasimində iştirak etməyən ABŞ-ın sabiq dövlət katibi Con Kerri Vaşinqtonda prezident Donald Trampa qarşı “Qadınlar marşı”na qatılıb.

Yeniçağ.Az xarici KİV-nə istinadən məlumat verir ki, Kerri aksiyaya öz iti ilə gəlib.

Sabiq dövlət katibi etirazçıları salamlayıb və onlardan bir neçəsinin əlini sıxaraq təşəkkür edib.

Məlumata görə, eirazçılardan bəziləri Kerrini “hərbi cinayətkar” adlandırıb.

Bundan əvvəl Trampın seçkilərdəki rəqibi Hillari Klinton “Qadınlar marşını” dəstəkləyib.

Yeniçağ.Az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır