Ads by Google

hightechnic
Ads by Google

received_1308769315870474Qərb Kıbrıs məsələsinin həll olunması üçün Türkiyənin ciddi güzəştlərə getməsini istəyir.

Yeniçağ.Az xəbər verir ki, bu barədə Türkiyənin “Yeni Akıt” qəzetinin təqdim etdiyi videomaterialda ətraflı bəhs olunub.

Material müəllifləri Suriyada cərəyan edən proseslər fonunda Kıbrıs məsələsinin yenidən aktuallıq qazandığını bildiriblər: “Bu proseslər Kıbrısda da yaxından izlənilir. Yeni hədəf Karpazdır. Suriyanın da imperialistlər tərəfindən eynilə İraq kimi kiçik “dövlətcik”lərə bölünməsi istənilir. ABŞ-ın regionda yeni düzən yaratmaq cəhdləri Türkiyə üçün Kuzey Kıbrıs Türk Cumhuriyyətinin (KKTC) strateji əhəmiyyətini xeyli artırır. Türkiyə isə Suriyanın şimalından Aralıq dənizinə qədər uzanacaq terrorçu PKK-PYD dəhlizini bağlamaq üçün öz Silahlı Qüvvələrini də meydana çıxararaq, böyük mübarizəyə başlayıb. Türkiyənin cənub sərhədləri boyu Aralıq dənizinə qədər uzanacaq PKK-PYD zolağının yaradılması ilə cənub-şərq ərazilərinin qoparılmasına cəhd ediləcək. Ankara bu təhdidin böyüməsinə “Fərat qalxanı” əməliyyatı ilə imkan verməməyə çalışır. ABŞ isə Türkiyənin cənub sərhədləri boyunca PKK-PYD idarəçiliyində İsrail tipli bir ölkə yaradılmasını planlaşdırır.

Qeyd olunan bu layihə isə KKTC problemini daha böyük miqyasda aktuallaşdırdı. Suriya proseslərində ABŞ, Rusiya, Böyük Britaniya, Fransa, İran, Türkiyə kimi ölkələr də daxil olmaqla irili-xırdalı 63 dövlət iştirak edir. Regionda xaosun davam etdiyi bir dönəmdə Kıbrıs müzakirələri də səssiz-səmirsiz aparılmaqdadır. KKTC ilə Cənubi Kipr rəhbərliyi arasında getmiş müzakirələrdə hər hansı nəticə əldə olunmayıb. Danışıqların 2017-ci ilin əvvəlində davam etdirilməsi nəzərdə tutulur. Suriya və İraqda həm İŞİD, həm də PKK ilə mübarizə aparan Türkiyənin bir gözü də Kıbrıs müzakirələrindədir. Cənubi Kipr Maraşı və Gözəlyurdu bütünlüklə istərkən, Karpazın da yenidən bölüşdürülməsinə cəhd edir. KKTC-ni açıq şəkildə sıradan çıxarmağı hədəfləyən Cənubi Kipr rəhbərliyi Karpaz bölgəsinə nəzarəti götürməkdə israrlıdır. Karpaz təbii qaz boru xətti, enerji, dəniz və ticarət yolları, o cümlədən, qaz yataqlarının mövcudluğu baxımından, strateji əhəmiyyət daşıyır. Öz növbəsində Türkiyə də Karpazın Cənubi Kiprin nəzarətinə keçməsinə imkan verməməkdə israrlıdır. Kıbrısdan türk əsgərinin çıxması və Karpazın yunanların nəzarətinə keçməsi Türkiyənin Aralıq dənizinin şərqindəki milli maraqlarına uyğun deyil.

Digər tərəfdən, problemin həll olunmamasının əsas səbəblərindən biri də Avropa Birliyinin Türkiyənin bu quruma üzvlüyünü Kıbrısla əlaqələndirməsidir. Avropa Birliyi Türkiyənin quruma üzvlüyə namizədliyinin qəbul edilməsi üçün Kıbrıs məsələsinin həllini şərt kimi irəli sürür. Kıprıs danışıqlarına mane olan Cənubi Kiprə isə adanı Avropa Birliyində tam təmsil etmək hüququ verilib. Bunlar azmış kimi, Karpaz bölgəsinin də yunanlara verilməsi tələb olunur. Adada Türkiyənin hərbi mövcudluğundan narahat olanlar oradakı Böyük Britaniyanın hərbi bazası haqqında səslərini də çıxarmırlar. Yəni Kıbrıs məsələsi də Suriya böhranının tərkib hissəsinə çevrilir”.

Araz Zeynalov
Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 51
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."