Killer generalın Gəncədəki əsas adamı kim olub?

Killer generalın Gəncədəki əsas adamı kim olub?

Müəllif: Baş Redaktor

Baş Redaktor

gduuujjGDU-nun prorektoru Fəxrəddin Həsənov hazırda həbsdə olan və bir çox müdhiş cinayətlərdə ittiham olunan sabiq MTN generalı Akif Çovdarovun bir nömrəli adamı olduğu iddia olunur

Fəxrəddin Həsənovun Akif Çovdarovun adından çoxlu sayda məmuru və iş adamını şantaj etməsi barədə məlumatlar;  DTX-nin Gəncə şəhər şöbəsinin rəisi Əli Əliyevin Fəxrəddin Həsənovla ilginc maxinasıyaları; talanan dövlət əmlakları…
Son zamanlar Gəncə Dövlət Universiteti demək olar ki, mətbuatın gündəmindən düşmür. Bunu da təbii ki, GDU-da narazılıqların və qurplaşmaların böyüməsinin nəticəsi olaraq dəyərləndirmək olar. Qeyd edək ki, dünən ölkə mətbuatında Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Mədət Quliyevə xidmətin Gəncə şəhər şöbəsinin rəisi Əli Əliyevdən və GDU-nun prorektoru Fəxrəddin Həsənovdan şikayət məktubu ünvanlanıb. Politika.az saytında dərc olunan həmin məktubda qeyd olunur ki, qeyd olunur ki, Əli Əliyev öz işlərinə aid olmayan məsələlərlə məşğul olur. Onların sözlərinə görə, GDU-nun təsərrüfat məsələləri üzrə prorektoru Fəxrəddin Həsənov onun yaxın qohumudur və bu şəxslər birləşərək Gəncədəki ali məktəb və kolleclərdə maliyyə maxinasiyaları həyata keçirirlər. “Fəxrəddin Həsənov özünün etdiyi əməllərinə haqq qazandırmaq üçün bütün bunları Əli Əliyevin tapşırığı ilə etdiyini deyir”.
Şikyətçilər yazırlar ki, Fəxrəddin Həsənov 2006-cı ildən bu vəzifədədir. “Elman Məmmədov GDU-nun rektoru olduğu dönəmlərdə edilən şikayətlərə baxılması üçün Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən Fəxrəddin Həsənovun fəaliyyəti yoxlanılmışdı. Həmin vaxt külli miqdarda korrupsiya halı aşkarlanmışdı. Belə ki, yoxlamalar zamanı məlum olmuşdu ki, 6 milyon 742 min 337 manat mənimsəmə var. Araşdırmalar zamanı məlum olmuşdu ki, bu məbləgin 982 min manatını həmin dövrdə və indi də bu vəzifədə çalışan təsərrüfat işləri üzrə prorektor Fəxrəddin Həsənov, o zaman GDU-nun bas mühasibi işləyən (hal-hazırda Gəncə şəhər Mərkəzi poçtun müdiri) Nizami Mustafayevlə əlbir olaraq saxta sənədlərə imza atmaqla mənimsəyiblər”.
Həmin vaxt araşdırmalar zamanı o da məlum olub ki, universitetin təsərrüfat bölməsində 74 nəfər işçinin işləməyinə baxmayaraq, həmin işçilərdən yalnız 53 nəfəri lazımi işlərdə, yəni təsərrüfatda işləyir: “Qalan 21 nəfərin adi ştat cədvəlində olsa da faktiki olaraq işə gəlmirlər, bu adamları universitetdə görən belə olmayıb. Həmin şəxslərin maaş kartları prorektor Fəxrəddin Həsənovdadır və bu şəxslər Azərbaycanda, hətta xarici ölkələrdə ticarətlə məşğul olurlar. Maliyyə Nazirliyinin komissiyası həmin kartları alıb sahibinə qaytarmağına baxmayaraq, hal-hazırda yenə də Fəxrəddin Həsənov həmin kartları mənimsəyərək öz talançı əməllərindən əl çəkmir”.
Məktubda daha sonra qeyd olunur ki, Həsənov şəhərdə yüksək vəzifəli məmurların adından istifadə edərək, hər yerdə onlarla qohum olduğunu bildirir və bununla da özünü sığortalamış olur: “Təsərrüfat bölməsinin işçiləri vasitəsilə universitetin binalarında xəfiyyə şəbəkəsi quraraq onun üçün “maraqlı” olan adamların hara gedib gəldiklərini izlədir. Bir neçə dəqiq fakt qeyd edək. Universitetin əsas binasında 2500 manatlıq kamera və fotoaparatlar alınmış və onlar maliyyə sənədlərində 12500 manat göstərilmişdir. Fəxrəddin Həsənov “Samsung” firmasının Gəncə şəhərindəki rəsmi nümayəndəliyi ilə iş birliyi quraraq oradakı dostlarının vasitəçiliyi ilə Universitetin bütün tədris binalarına külli miqdarda proyektor, komputer, notbooklar almış və bunların hamısı sənədlərdə təzə adı ilə göstərilməsinə baxmayaraq, köhnə, işlənmiş, demək olar ki, istifadəyə yararsız mallardan ibarət olmuşdur. İndi də binalarda quraşdırılmış bu avadanlıqların əksəriyyəti işləmir. Fəxrəddin Həsənov bu yolla külli miqdarda dövlət əmlakını talayıb”.
Şikayət məktubunda həmçinin qeyd olunur ki, Dövlət Təhlükəsizlik Xidmətinin Gəncə şəhər şöbəsinin rəisi Əli Əliyev bu şəxsi himayə etdiyindən, heç kim Fəxrəddin Həsənov haqqında tədbir görə bilmir.
Məsələ ilə bağlı AzMedia.info saytının apardığı araşdırmalar isə daha maraqlı məslərəri ortaya çıxarıb. Əlaqə saxladığımız bir neçə mənbə AzMedia.inyo-ya bildirib ki, GDU-nun prorektoru Fəxrəddin Həsənov hazırda həbsdə olan və bir çox müdhiş cinayətlərdə ittiham olunan sabiq MTN generalı Akif Çovdarovun bir nömrəli adamı olub. Belə ki, Akif Çovdarovun Gəncədə bütün işlərini məhz Fəxrəddin Həsənovun həyata keçirdiyi və generalın adından bir çox məmurları şantaj etmə ilə bağlı ciddi məlumatlar var. Qeyd edək ki, həmin məlumatlar bir daha AzMedia.info tərəfindən dəqiqləşdirilir və ən yaxın zamanda bu ilginc və şok məlumatları ictimaiyyətin diqqətinə çatdıracağıq.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Araşdırma, Banner

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti