www.sinerjipro.net

SinerjiProWide
Reklam

kim cen innn 6 yanŞimali Koreya hakimiyyəti hidrogen bombasının uğurlu sınağını təsdiqləyib.

Xüsusi bəyanat Cənubi Koreya telekanallarında yayımlanan mərkəzi televiziyanın efirində səslənib.

KXDR ilə yaxın ərazidə yerləşən Cənubi Koreya və Yaponiya kimi ölkələr Şimali Koreyanın nüvə sınaqları keçirməsi haqqında şübhələri dilə gətiriblər.

Daha öncə Cənubi Koreyanın müdafiə nazirinin məruzəsində KXDR hakimiyyətinin Pungeri poliqonunda hidrogen bombasının sınağına hazırlıqla bağlı ola biləcək işlər apardıqları barədə məlumatlar yer alıb.

2015-ci ilin dekabr ayının ortasında KXDR lideri Kim Çen In Şimali Koreyanın öz müstəqilliyini qorumaq üçün hidrogen bombasının hazırlanmasına imkan verəcək texnologiyalarının olduğunu bəyan edib. O zaman ABŞ prezidentinin mətbuat katibi Coş Ernest bəyan etmişdi ki, Birləşmiş Ştatlar KXDR-da hidrogen bombasının olma imkanına şübhə etdiyini bəyan edib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 38
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."