!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kim Çen Nama qarşı sui-qəsdin görüntüləri yayılıb

!Reklam – Yazi

Şimali Koreyanın Kuala-Lumpurdakı səfiri Malayziya xarici işlər nazirliyinə çağırılıb.

Bu barədə Yeniçağ.Az “APA”ya istinadən məlumat verir.

Səfirin çağırılmasının səbəbləri hələ ki, açıqlanmır. Ehtimala görə, bu, KXDR lideri Kim Çen Inın böyük qardaşı Kim Çen Namın ölümü ilə bağlıdır.

Kim Çen Inın 46 yaşlı qardaşına qarşı sui-qəsd fevralın 14-də, Kuala-Lumpur aeroportunda törədilib. Hadisə ilə əlaqədar Malayziya polisi 4 nəfəri saxlayıb. Ölümün dəqiq səbəbi hələlik müəyyən edilməyib. İlkin versiyaya əsəsən, Kim Çen Namı Kuala-Lumpur hava limanında iki qadın zəhərləyib, hücum zamanı yüksək toksiki təsirli “VX” maddəsindən istifadə olunub. İnternetdə Kuala-Lumpur hava limanında baş verən hadisənin videogörüntüləri yayımlanıb. Kim Çen Nam xəstəxanaya aparılarkən yolda keçinib. ABŞ və Cənubi Koreya hökumətləri Kim Çen Namın KXDR xüsusi xidmət orqanlarının casusları tərəfindən qətlə yetirildiyinə əmindirlər.

https://youtu.be/rWRT85_u59U

Yeniçağ.Az

www.yenicag.az

513
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv