!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kimin əmrinə müntəzirsən, Həbib?

!Reklam – Yazi

Ötənlərdə “Meydan TV” nin bir əməkdaşı (adını çəkmirəm, reklam olar) Bakının mərkəzi küçəsində ərəblərlə açıq-aşkar “ət alveri” edən fahişələrlə bağlı hazırladığımız reportaja əsəbiləşib, bizə həm peşəkarlıq, həm də əxlaq dərsi keçməyə çalışmışdı. Deyirdi, reportajda əxlaqsızlıq edən qadınların üzü niyə örtülməyib? Deyirdi, əlinizdə faktınız var? Hətta “araşdırma aparmısız”, deyə, irad tutmağa çalışırdı… Ta adam başa düşmür ki, faktı görmək üçün məgər mən jurnalist yox, “papa qərənfil” olmalıyam? Ya da bu xanım çobanın örüş zamanı kol dibində gördüyü hadisəni məhkəmədə danışmasına həsr olunan lətifəni bilmir. Bir də ki, görünən köyə nə bələdçi?

Axşama kimi bar-bar bağırırsız ki, filan məmur rüşvətxordur, korrupsionerdir. Adama belə məqamda deməzlərmi ki, ay əxlaq dərsi keçən xanım, həmin məmuru rüşvət alarkən görmüsənmi? Faktın varmı?

İndi həmin əxlaq dərsi keçən xanımın çalışdığı saytın rəhbəri olan Həbib Müntəzir, araşdırma aparmadan, dəlillərə və sübutlara söykənməyən bir məlumatı paylaşmaqla özü də bilmədən kəndisini ifşa edib. Bizə irad tutan xanımın tərzi ilə desək, əxlaqsızlığa yol verib. Nəymiş, əfəndim? Ölkə başçısı İlham Əliyevin ev hədiyyə etdiyi jurnalistlərin arasında evi olan media nümayəndələri də varmış… Kiminsə evinin olması heç də ev problemindən qurtulması demək deyil, ancaq bunu Qərbə müntəzir olan oğlan bilmir. Üstəlik, açıq-aşkar yazılan ev şəraitinin yaxşılaşdırılması faktorunu da gözardına vurur. 25-30 ilin jurnalistinin evinin olmaması anormaldır, fəqət, gəl gör altı-yeddi nəfərlə 25-35 kv.m evdə hansı zülmlə yaşayırlar, buna toxunan yoxdur.

Lakin çox keçmədən Həbibin paylaşdığı siyahıya faktlarla edilən etirazlardan sonra bəlli oldu ki, adamın işi-gücü qara yaxmaqdan, görülən işə kölgə salmaqdan ibarətdir. 15 ildir Berlində yaşayan və özünü demokratiya carçısı kimi təqdim edən şəxs, quyuya bir daş atmaqla, əsl həqiqətin nədən ibarət olduğunu bilməyən izləyiciləri tərəfindən insanların şəxsiyyətinin təhqir olunmasına şərait yaradıb. Öz ünvanına edilən təhqirləri silir, həmin şəxsi bloklayır, jurnalistlərin söyülməsinə isə göz yumur. Yəqin ki, Həbibin demokratiya, insanlıq və mənəviyyat anlayışı bundan ibarətdir. Zatən, təəccüblənəcək bir durum da yoxdur.

Ona görə təəccüblənmirik ki, Həbib və həbibkimilər dəstəsinin üzvlərinə yaxşı bələdik. Məsələn, Həbibə hansı jurnalistlərin kirayədə qaldığı, hansının özünə məxsus olmayan, özgəsinin mənzilində məskunlaşması maraqlı deyil. Onlara hansı jurnalistin ailəsində neçə nəfərin şəhid və qazi olmasını araşdırmaq da maraqlı deyil. Təbii ki, onlar hansı mərhum jurnalistlərin ailələrinə evlərin hədiyyə edildiyini də qabartmaq istəmirlər. Çünki bu durum onlara sərf etmir. Çünki adamların işi-gücü Qərbin qucağında oturub, milçək kimi ürək bulandırmaqdan ibarədir.

Hə, bir də… bunların iddiasına görə, Həbib və həbibkimilər dəstəsindən başqa Azərbaycanı sevən, vətəni-milləti düşünən yoxdur. Bunlar iddia edir ki, qürbətə köçənlərdən başqa hamı satılmışdır, vətən xainidir. Adama qayıdıb deməzlərmi ki, qaqulya, “Meydan TV”-ni hansı pulla dolandırırsan? Adama deməzlərmi ki, Almaniyadan “çerez” Gürcüstan, müxtəlif şəxslərin bank hesablarına köçürülən, sonradan Bakıda çalışan əməkdaşlarına çatan avroların mənbəyi haradandır?

Yoxsa Berlində vətəni düşünə-düşünə, fəhləlik edib, sayt işlədirsən, xəbərimiz yoxdur? Hə, saytında “Meydan TV layihəsinə dəstək” adı ilə bank hesabı açmısan və o hesaba köçürülən pullarla dolanırsan? İndi bizə necə sübut edə bilərsən ki, o hesaba ermənilər başda olmaqla, Azərbaycanın düşmənləri pul köçürmür?

Əslində, bizlər də çox şeyi araşdıra, sizin əsl kimliyinizi üzə çıxarda bilərik. Məsələn, hansınızın iş yerində, redaksiyada başqasının sevgilisi ilə intim münasibətdə olduğunu və bunu çəkib, dostlarına göstərdiyini deyə bilərik. Məsələn, adını “hakimiyyətlə mübarizə” qoyub, “içəri” düşdükdən sonra “mənə porno kaset gətirin” davası edənin də kim olduğunu elan edə bilərik. Məsələn, “ən böyük” hesab etdiyiniz, ətəyində namaz qılmağa hazır olduğunuz dostunuzun da vecsizliyini açıqlaya bilərik. Açıqlayarıq ki, “içəri”də dərmana ehtiyacı olan, tədbirlərdə “o, bizim qardaşımızdır, onunla fəxr edirik” dediyinizin problemini bilə-bilə “əşşi, mənə nə?” söyləyən “dava” yoldaşınız kimdir.

Yeri gəlmişkən, “MEYDAN TV”nin Azərbaycandakı demokratlar üçün “erməni soyqırımı” kriteriyası müəyyənləşdirdiyini də xatırlatmalı olacam. Rəhbəri olduğun sayt israrla inandırmağa çalışırdı ki, Azərbaycanda “erməni soyqırımı”nı tanımayan şəxs əsl demokrat sayıla bilməz.

Bunları boş ver, qaqaş. İndi mənim sualıma cavablandır: bəs, sən kimin əmrinə müntəzirsən, Həbib?

Əslində ilana zəhər verən kərtənkələ(lər) Həbib, səndən daha maraqlıdır. Sənə siyahı verən, bəzi kompyuter arxası “şirpələnglər”ə “arxanızdayam, yazın” deyib, xəbərlər ötürənlərin kimliyi səndən daha önəmlidir. Bu gün siyahı ötürənin sabah dövlətin ən mərhəm sirrlərini sənə və ya sənin ağalarının ovucuna qoymayacağına kim qarant ola bilər? Əslində səninlə məşğul olub, əsl araşdırılası mövzudan uzaqlaşırıq. Ona görə, sənə nöqtə qoyub, keçirik başqa mövzuya. Di, sağ ol.

Emin Səfərov
Yenicag.az

www.yenicag.az

1440
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv