musahibeHazırda İstanbulda yaşayan və “Qalatasaray” basketbol klubunda çıxış edən Orxan Aydın Hacıyeva Yeniçağ.az-a müsahibə verib. O, soyadındakı səhvdən və Türkiyədəki karyerasından danışıb.

– Orxan sizi yaxından tanıyaq.

– 1989-cu il oktyabrın 1-də Bakıda anadan olmuşam. Basketbolçu kimi karyerama AZAL klubunda başlamışam. 2 il AZAL basketbol klubunda çıxış etdikdən sonra, 2013-cü ildə Türkiyəyə gəldim. Artıq 13 ildir ki, karyeramı burada davam etdirirəm. Təqribən 5 ildir ki, Azərbaycan basketbol üzrə milli komandasının üzvüyəm. Karyeram ərzində Türkiyədə “Anadolu Efes”, “Yıldız”, “Darüşşafaka”, “Türk Telekom”, “Aliağa Petkim”, “Uşak Sportif”, “Acıbadem” kimi klublarda çıxış etmişəm. Hazırda isə “Qalatasaray” basketbol klunun üzvüyəm.

– “Qalatasaray” klubuna necə dəvət almısınız?

– Bundan öncəki illərdə “Qalatasaray” klubu ilə anlaşmaq ehtimalım var idi. Lakin müəyyən səbəblər üzündən anlaşmamız baş tutmurdu. Qismət bu ilə imiş və gerçəkləşdi. Transfer zamanı mənim hüquqlarımı menecerim təmsil edir və bütün klublarla danışıqları o, aparır.

– Azərbaycanlı olaraq diqqət çəkə bilirsiz?

– Bəli, mən ölkəmi hər zaman ən yaxşı şəkildə təmsil etməyə çalışıram. Ölkəmdən kənarda oynasam da mən azərbaycanlıyam. Bundan sonra da əlimdən gələn qədər ölkəmi ən yaxşı şəkildə təmsil edəcəm.

– Azərbaycan klublarından təklif almamısız?

– Xeyir. Belə bir təklif olmayıb.

– Gələcək planınızda Azərbaycanla bağlı hansı işlər var?

– Düzdür, peşəkar idmanın ömrü uzun olmur. Hətta 35 yaşdan sonra peşəkar karyeranın sonu yavaş-yavaş yaxınlaşır. Amma mənim hələ ki, burada çıxış edib, özümü daha yaxşı tərəfdən göstərmək niyyətim var. Hələ ki, mənim karyeramı bitirmək kimi qərarım yoxdur. Azərbaycanda və Türkiyədəki gələcəyimi isə zaman göstərəcək. İndi bununla bağlı nəsə demək çətindir. Mən hazırda “Qalatasaray”dayam, burada da bir azərbaycanlı olaraq, özümü yaxşı tərəfdən göstərməliyəm.

– Orxan bəy, sizin soyadınız niyə “Hacıyev” yox, “Hacıyeva” kimi qeyd edilir?

– Əvvəllər “Hacıyev” idi. Türkiyə vətəndaşlığına keçərkən səhvə yol verildi və soyadım “Haciyeva” yazıldı. Bu da illərdir belə dəvam edir. Mən də dəyişdirmədim, eləcə də qalıb.

 

Aygün İlqarqızı
Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 10
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."