KİV-ə Dəstək Fondu tender elan edir

Müəllif: Redaktor

Editor

AZəRBAYCAN RESPUBLIKASıNıN PREZIDENTI YANıNDA KüTLəVI İNFORMASIYA VASITəLəRININ İNKIşAFıNA DöVLəT DəSTəYI FONDU AÇIQ TENDERƏ DƏVƏT EDİR:

Tender 5 lot üzrə keçirilir::

lot 1 – Novruz bayramı münasibəti ilə keçiriləcək fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması və bayram tədbirinin təşkili xidmətlərinin satın alınması.
lot 2 – Fondun fəaliyyətinin təşkili üçün dəftərxana ləvazimatlarının satın alınması.
lot 3 – “Mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə əməkdaşlığın genişləndirilməsi” mövzusunda konfransla bağlı KİV nümayəndələrinin Naxçıvan Muxtar Respublikasına səfərinin təşkili xidmətlərinin satın alınması.
lot 4 – Regionlarda “İslam həmrəyliyi ili: dini mövzuların işıqlandırılmasında medianın rolu” mövzusunda konfransların təşkili xidmətlərinin satın alınması.
lot 5 – Beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə jurnalistlərin xarici ölkələrə səfərlərinin təşkili xidmətlərinin satın alınması

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Yasamal rayonu, Mətbuat Prospekti 529-cu məhəllə, Beynəlxalq Mətbuat Evi(Əlaqələndirici şəxs :Elşad Tağıyev, telefon :012 538 40 48, 012 537 19 41) ünvanından ala bilərlər .

İştirak haqqı

lot 1 – 80 manat
lot 2 – 30 manat
lot 3 – 30 manat
lot 4 – 20 manat
lot 5 – 85 manat
Hesab: AZ08CTRE00000000000005547601
VÖEN 1001667391
Bank: Dövlət Xəzinədarlıq Agentliyi
Kodu: 210005
VÖEN: 1401555071
M/H: AZ41NABZ01360100000000003944

S.W.İ.F.T: CTREA22

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1.Tenderdə iştirak etmək üçün yazılı müraciət;
2.Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
3.Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
4.Tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);
5.Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış;
6.İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
7.İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
8.İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
9,İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
10.Digər sənədlər: İş cədvəli

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2017-02-17 17:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2017-03-02 17:00qədər Bakı şəhəri, Yasamal rayonu, Mətbuat Prospekti 529-cu məhəllə, Beynəlxalq Mətbuat Evi ünvanına təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 2017-03-03 11:00 tarixində Bakı şəhəri, Yasamal rayonu, Mətbuat Prospekti 529-cu məhəllə, Beynəlxalq Mətbuat Evi ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.(TENDER KOMİSSİYASI)

Yenicag.Az


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir