!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

KİV-lər üçün akkreditasiya vaxtı uzadıldı

!Reklam – Yazi

12-22 May 2017-ci il tarixlərində Bakı şəhərində keçiriləcək IV İslam Həmrəyliyi oyunlarını işıqlandırılmaq arzusunda olan media nümayəndələrinin akkreditasiyadan keçmə müddəti rəsmi olaraq uzadılıb.

Bakı 2017 İslam Oyunlarından verilən məlumata görə, akkreditasiyadan keçmək üçün son tarix ilkin olaraq cümə günü, 31 mart tarixi seçilib, lakin mətbuat nümayəndələri tərəfindən göstərilən böyük maraq və vaxtın uzadılması ilə bağlı çoxsaylı müraciətlər nəzərə alınaraq həmin tarix bazar günü, 9 aprel, günün sonunadək uzadıldı.

Məlumat üçün bildirək ki, akkreditasiya yazılı mətbuat, fotoqraflar və rəsmi yayım hüququ olmayan televiziya və radio şirkətləri üçün nəzərdə tutulur.

Bakı 2017 Oyunlarını işıqlandırmaqda maraqlı olan mətbuat nümayəndələrinə akkreditasiyadan keçmək üçün son tarixdən öncə müraciət etmələrini tövsiyə edirik, çünki həmin tarixdən sonrakı müraciətlər qəbul edilməyəcək.

Media nümayəndələri baku2017.com saytının müvafiq bölməsinə daxil olaraq qeydiyyat prosesi barədə ətraflı məlumat toplayıb, akkreditasiya üçün müraciət edə bilərlər. https://www.baku2017.com/az/media/yerli-mtbuatin-akkreditasiya-prosesi

Bu bölmədə media nümayəndələri üçün akkreditasiyadan keçmək məqsədi ilə qoyulan tələblər, eyni zamanda oyunlar zamanı onlar üçün yaradılacaq şərait və təklif olunan xidmətlər barədə geniş məlumat yer alıb.

Akkreditasiya forması ilə bağlı müraciətinizi 9 aprel 2017-ci il tarixinədək bu ünvana göndərməyiniz xahiş olunur: [email protected]

Yeniçağ.az

www.yenicag.az

870
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv