Yazı İçi 468×60

press_600_400_70_c1_c_tAzərbaycan prezidenti İlham Əliyev “Kütləvi informasiya vasitələri haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanunun tətbiqi barədə sərəncam imzalayıb.

Dəyişiklik kütləvi informasiya vasitəsi (KİV) redaksiyasının və ya jurnalistin yaymasına yol verilməyən məlumatlarla bağlıdır.

Dəyişikliyə əsasən bundan sonra KİV redaksiyasının və ya jurnalistin Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada tərtib edilən və “İnformasiya əldə etmək haqqında” qanuna uyğun olaraq sənədləşdirilmiş informasiya hesab edilən cinayət təqibi üzrə icraat materiallarının surətlərini olduğu kimi yaymasına da verilməyəcək.

Digər dəyişiklik yetkinlik yaşına çatmayanlarla əlaqədardır. İndiyə qədər KİV redaksiyasının və ya jurnalistin cinayət etməkdə təqsirləndirilən yetkinlik yaşına çatmayanların və ya qanuni nümayəndələrinin razılığı olmadan onların şəxsiyyəti barədə hər hansı məlumatı yaymasına yol verilməsi qadağan edilib. Dəyişikliyə əsasən bundan sonra yetkinlik yaşına çatmayan şübhəli və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə də hər hansı məlumatların həmin şəxslərin və onların qanuni nümayəndələrinin razılığı olmadan yaymasına yol verilməyəcək.

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 43
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."