“KİV yaradılmış əlverişli şəraitdən sui-istifadə etməməlidir”

Müəllif: Redaktor

Editor

5176a1a347737db8bc9f6d7b8e39d553“Söz və məlumat azadlığı Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğunun mühüm tərkib hissəsidir”.

Bunu bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsi qaliblərinin mükafatlandırılması münasibəti ilə keçirilən mərasimdə Azərbaycan Respublikası prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

Ə. Həsənov bildirib ki, 2015-ci il Azərbaycan mətbuatı və ümumilikdə milli kütləvi informasiya vasitələri üçün uğurlu il olub və əlamətdar hadisələrlə yadda qalıb: “Söz və məlumat azadlığının daha da inkişaf etdirilməsi, KİV-in sərbəst fəaliyyətinə hərtərəfli dövlət dəstəyi sayəsində milli informasiya resurslarının kəmiyyət və keyfiyyət göstəriciləri daha da yüksəlib, onlar öz əhatə dairəsini və auditoriyasını genişləndirməyə müvəffəq olub, beynəlxalq informasiya məkanının fəal iştirakçısına çevriliblər. Qarşıdan gələn dövrdə də Azərbaycan dövləti KİV-in müstəqilliyinin gücləndirilməsi istiqamətində səylərini davam etdirəcək. Lakin KİV də yaradılmış əlverişli şəraitdən sui-istifadə hallarına yol verməməli, daha peşəkar, məsuliyyətli olmalı, Azərbaycan cəmiyyətinin inkişafına, ümummilli məsələlərin həllinə dəyərli töhfələr verməlidir”.

Prezidentin köməkçisi qeyd edib ki, iyulun 21-də Azərbaycan prezidenti İlham Əliyev Mətbuat Şurası İdarə Heyətinin üzvlərini qəbul edib. Dövlət başçısı Azərbaycan mətbuatının keçdiyi inkişaf yoluna nəzər salıb, KİV-in inkişafına dövlət dəstəyi, mövcud problemlər və onların həlli ilə bağlı öz fikirlərini bölüşüb.

Ə. Həsənov nəzərə çatdırıb ki, KİV əməkdaşları noyabrın 1-də Milli Məclisə keçirilmiş seçkilərdə fəal iştirak edib, bir çox KİV nümayəndəsi öz namizədliyini irəli sürüb, onlardan 11-i Milli Məclisin deputatı seçilib.

***

“Jurnalistlərimizi ilk növbədə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni il münasibəti ilə təbrik edirəm. Gələn il çətin il olacaq, dünya neft bazarındakı vəziyyət Azərbaycana da təsir edir. Ancaq biz bu vəziyyətdən çıxacağıq, vəziyyətdən çıxmaq üçün dövlətin müvafiq konsepsiyası var”.

Bunu bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyim Fondunun Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə keçirdiyi fərdi jurnalist müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimdə Azərbaycan prezidentinin köməkçisi Ə. Həsənov deyib.

Ə. Həsənov bildirib ki, dövlət başçısı və komandası nikbin əhval-ruhiyyədədir: “Azərbaycan mediasının da əzmi imkan verəcək ki, gələcəyə uğurla addımlayaq. Prezidentinin qarşısında Azərbaycan dövlətinin maraqlarının müdafiəsi, faydalı qarşılıqlı əməkdaşlıq dayanır. Media Azərbaycan hakimiyyətinin tərəfdaşı, partnyorudur. Dövlət başçısı da dəfələrlə deyib ki, medianı oxuyur və ona uyğun da idarəçilik qurur. Cəmiyyətinin rəyinin hakimiyyətə çatdırılması mühüm vəzifədir və biz bundan sonra da bundan istifadə edəcəyik. Bizimlə bağlı hansı qərəzli kampaniya aparılır, aparılsın, Azərbaycan heç bir dövlətdən geri qalmır, ölkədə söz və mətbuat azadlığı təmin olunub. İstənilən tərəflə bu barədə diskussiya apara bilərik”.(APA)


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir