!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

KİVDF Gülənin qəzetinə maliyyə yardımını kəsdi – Siyahı

!Reklam – Yazi

20151230-151702link-300x240Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.

İclasda bir məsələ – Fondun 2016-cı ilin I yarısında KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan etdiyi müsabiqəyə təqdim edilmiş layihə təklifləri müzakirə olunub.

Fondun Müşahidə Şurasının sədri Umud Mirzəyev iclası açıq elan edərək gündəlikdəki məsələ barədə məlumat vermək üçün üçün sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib.

Müzakirəyə çıxarılan məsələ barədə ətraflı məlumat verən Vüqar Səfərli “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”na müvafiq olaraq 34 qəzetin müsabiqəyə sənəd təqdim etdiklərini diqqətə çatdırıb. Həmin qəzetlərin layihələrinin 2015-ci ilin II yarısında da Fond tərəfindən maliyyələşdirildiyini qeyd edən icraçı direktor müsabiqədə yeni iştirak edən KİV-lərin olmadığını bildirib. Müvafiq araşdırmalardan sonra “Zaman Azərbaycan” qəzeti istisna olmaqla, digər 33 qəzetin layihə təkliflərinin müsabiqənin şərtlərinə cavab verdiyi müəyyən edilib.

“Zaman Azərbaycan” qəzetinin təqdim etdiyi sənədlər Müşahidə Şurasının üzvlərinə paylanılıb və məsələ ətrafında müzakirələr başlayıb. Şura üzvləri ətraflı tanışlıqdan sonra qəzetin təqdim etdiyi sənədlərin müsabiqənin şərtlərinə cavab vermədiyini bildiriblər.

Müzakirələrin sonunda müsabiqəyə sənəd təqdim etmiş 33 qəzetin sənədlərinin müsabiqənin şərtlərinə cavab verdiyi nəzərə alınaraq, onlara 2016-cı ilin birinci yarısında maliyyə yardımının ayrılması barədə qərar qəbul edilib. “Zaman Azərbaycan” qəzetinin təqdim etdiyi sənədlər müsabiqənin şərtlərinə cavab vermədiyi üçün qəzetə maliyyə yardımı ayrılmayıb (Maliyyə yardımı ayrılmış qəzetlərin siyahısı aşağıdakı cədvəldə təqdim olunur).

2016-cı ilin I yarımilliyi üçün KİV layihələrinin maliyyələşdirilməsi üzrə müsabiqənin qalibi olan redaksiyaların siyahısı:

№ Qəzetin Adı Ayrılan məbləğ
1. “Kaspi” qəzeti 60 000
2. “Mövqe” qəzeti 60 000
3. “Yeni Azərbaycan” qəzeti 60 000
4. “Ədalət” qəzeti 60 000
5. “525-ci qəzet” qəzeti 60 000
6. “Səs” qəzeti 60 000
7. “Bakı-Xəbər” qəzeti 60 000
8. “Yeni Müsavat” qəzeti 60 000
9. “Kaspiy” 60 000
10. “Ekspress” qəzeti 60 000
11. “Palitra” qəzeti 60 000
12. “Paralel” qəzeti 40 000
13. “Həftə İçi” qəzeti 40 000
14. “Azad Azərbaycan” qəzeti 40 000
15. “Şərq” qəzeti 40 000
16. “Xalq Cəbhəsi” qəzeti 40 000
17. “Futbol+Qol” qəzeti 40 000
18. “Bizim Yol” qəzeti 40 000
19. “Olaylar” qəzeti 40 000
20. “Novoye Vremya” qəzeti 30 000
21. “Futbol+” qəzeti  30 000

22. “Üç Nöqtə” qəzeti 30 000
23. “Azernews” qəzeti 30 000
24. “Unikal” qəzeti 20 000
25. “Olimpiya Dünyası”qəzeti 20 000
26. “Oxu Məni” qəzeti 20 000
27. “Reytinq” qəzeti 9 000
28. “Təhsil Problemləri” qəzeti 9 000
29. “The Business Times” qəzeti 9 000
30. “Hərbi And” qəzeti 9 000
31. “Türküstan” qəzeti 9 000
32. “İqtisadiyyat” qəzeti 9 000
33. “Hürriyyət” qəzeti 9 000

CƏMİ 33 Redaksiya 1.223.000

www.yenicag.az

548
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv