KİVDF qəzetlərin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan etdi – ŞƏRTLƏR

Müəllif: Redaktor

Editor

MS-9-iyun-2016 (2)İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Fondun Müşahidə Şurasının sədri Umud Mirzəyev iclası giriş sözü ilə açaraq gündəlikdəki məsələlər barədə məlumat verib:
1. 2016-cı ilin II yarısı üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elanının müzakirəsi;
2. Cari məsələlər.

Müşahidə Şurasının sədri gündəlikdəki birinci məsələ barədə məlumat vermək üçün sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib. İcraçı direktor KİV layihələrinə maliyyə yardımının ayrılması ilə bağlı qaydaların olduğu kimi saxlanılmasını, müsabiqənin “Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası”nda əksini tapmış 19 istiqamət üzrə 2016-cı il iyun ayının 10-dan 24-dək keçirilməsini təklif edib.

Sonra məsələ ətrafında müzakirələr aparılıb. Müşahidə Şurası üzvlərindən – Vüqar Rəhimzadə, Əflatun Amaşov, Bəxtiyar Sadıqov, Rəşad Məcid və Faiq Qurbanov Fondun keçirdiyi maliyyə yardımı müsabiqələrinin KİV-lərin maliyyə problemlərinin həlli və maddi-texniki bazasının təkmilləşdirilməsi baxımından əhəmiyyətini xüsusi qeyd ediblər. Müzakirələrin sonunda KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə qaydalarının olduğu kimi saxlanılması, müsabiqənin iyun ayının 10-dan 24-dək keçirilməsi barədə qərar qəbul edilib.
Cari məsələlərin müzakirəsi zamanı icraçı direktor Vüqar Səfərli Fondun planlaşdırdığı layihələr və qarşıdakı fəaliyyət istiqamətləri barədə məlumat verib.

Müsabiqənin şərtləri ilə aşağıdakı linkdən tanış olmaq mümkündür:

http://kivdf.gov.az/news/337/Az%C9%99rbaycan+Respublikas%C4%B1n%C4%B1n+Prezidenti+yan%C4%B1nda+K%C3%BCtl%C9%99vi+%C4%B0nformasiya+Vasit%C9%99l%C9%99rinin+%C4%B0nki%C5%9Faf%C4%B1na+D%C3%B6vl%C9%99t+D%C9%99st%C9%99yi+Fondunun+K%C4%B0V+layih%C9%99l%C9%99rinin+maliyy%C9%99l%C9%99%C5%9Fdirilm%C9%99si+il%C9%99+ba%C4%9Fl%C4%B1+m%C3%BCsabiq%C9%99+ELANI/



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır