www.sinerjipro.net

SinerjiProWide
Reklam

Ukraynanın paytaxtı Kiyevdə partlayış qeydə alınıb.

Yenicag.az xarici KİV-lərə istinadən xəbər verir ki, partlayış nəticəsində “Radikal” partiyasından olan millət vəkili İqor Mosiyçuk yaralanıb.

Deputatın rəsmi “facebook” səhifəsində yayılan məlumata görə, millət vəkilinə qarşı hücum təşkil edilib. Belə ki, partlayış İqor Mosiyçukun “Espresso” telekanalının binasından çıxarkən baş verib. Onun xəstəxanaya çatdırıldığı bildirilir.

Ukrayna Daxili İşlər nazirinin müavini Anton Geraşenkonun verdiyi məlumata görə, partlayış zamanı 1 nəfər ölüb. Bundan başqa o, Mosiyçukla birlikdə 3 nəfərin xəstəxanaya yerləşdirildiyini qeyd edib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 3667
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."