Yazı İçi 468×60

53299Kiyev meri Vitali Kliçko şəhərin Kreşatik prospektində keçirilən mitinqdə Vladimir Putinin şəhəri 3 saata ala biləcəyini bildirib.

Yenicag.az anspress-ə istinadən bildirir ki, sosial müavinətlərin azaldılmasının əleyhinə keçirilən mitinqdə etirazçıları sakitləşdirmək istəyən Kliçko nümayiş iştirakçılarını heyrətləndirib: “Kiyevi tutmaq üçün Putinə neçə saat lazımdır? Deyirlər üç saat, altı-yeddi saat”, – deyə Kiyev meri bildirib.

Kliçko əlavə edib: “Amma o, bunu etməməlidir. Bəzi qüvvələr var…”. Sonra isə o, qəfildən səsini kəsib.

Kliçkonun çıxışı sosial şəbəkələrə yerləşdirildikdən sonra ciddi şərhlərə səbəb olub. Bəziləri onun dövlət sirrini açdığını ehtimal edib, bəziləri isə Kliçkonun Kiyevi 7 saata Putinə verməyə hazırlaşdığını vurğulayıb.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 20
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."