!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Klinton ABŞ prezidenti seçkilərində məğlubiyyətinin səbəblərini açıqlayıb

!Reklam – Yazi

ABŞ-ın prezident postuna keçmiş namizəd Hillari Klinton dövlət başçısı seçkilərində məğlubiyyətinin bir neçə səbəbini sadalayıb.

Yenicag.az “Report”-a istinadən xəbər verir ki, bu barədə “The Hill” nəşri yazıb.

“Mən qalib gələcəyimlə bağlı yayılan ehtimalların qurbanı oldum”, — deyə o, Kaliforniyada keçirilən konfransda bildirib.

Klinton qeyd edib ki, Demokratlar Partiyası o, namizədliyini irəli sürən zaman müflis olma astanasında idi. Eyni zamanda, onun sözlərinə görə, Respublikaçılar Partiyası müxtəlif siyasi layihələrə sərmayə yatırmaqda daha uğurlu idi.

Bundan əlavə, Klinton bəyan edib ki, Federal Araşdırmalar Bürosunun sabiq direktoru Ceyms Komi oğurlanmış məktublarla bağlı məmnuniyyətlə bəyanatlar verib, lakin Tramp komandası ilə Moskva arasında olan sözləşmənin araşdırılmasına diqqət ayırmayıb.

Klinton, həmçinin KİV-i dəqiqləşdirilməmiş məlumatlar yaymaqda ittiham edib. Sabiq dövlət katibi, o cümlədən qeyd edib ki, bir çox seçicilərdə Birləşmiş Ştatlarda qadının heç vaxt prezident olmadığı ilə bağlı standart fikir formalaşıb.

ABŞ-da prezident seçkiləri 2016-cı ilin noyabrında keçirilib və Respublikaçılar Partiyasından namizəd Donald Trampın qələbəsi ilə yekunlaşıb.

Yenicag.az

www.yenicag.az

918
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv