yenicag.az
yenicag.az

Klinton prezident seçilərsə, Qafqazda nə dəyişəcək? – Analiz

Klinton prezident seçilərsə, Qafqazda nə dəyişəcək? – Analiz

Müəllif: Baş Redaktor

Baş Redaktor

clinton-laughing-warElşən Manafov: “Yeni adminstarasiya dövründə Qafqazda dondurulmuş münaqişələrin ABŞ-ın maraqları müstəvisinə gətirilməsi istiqamətində ciddi cəhdlər olacaq”

ABŞ növbəti prezident seçkilərinə hazırlaşır. Hazırda Demokratlar Partiyasından namizəd Hillari Klintonla Respublikaçılar Partiyasının namizədi Donald Tramp arasında seçiciləri öz tərəflərinə çəkmək uğrunda qızğın mübarizə və disskusiyalar gedir.  Kimin qalib gəlməsindən asılı olmayaraq ABŞ-da gələn ildən Ağ Evdə yeni adminstrasiya oturacaq.

Görəsən, ABŞ-da yeni adminstrasiyanın gəlməsi Qafqaza, xüsusən də Qarabağ münaqişəsinin həllinə nə vəd edə bilər?

Yenicag.az-a açıqlamasında politoloq Elşən Manafov Klintonun qalib gəlmək şanslarının böyük olduğunu bildirdi. Bu əsasda da politoloqa görə, Vaşinqtonun xarici siyasətində radikalizm daha da şiddətlənəcək. Qarabağ məsələsinə gəldikdə isə, ekspert yeni adminstrasiyanın da ölkəsinin əvvəlki siyasətini davam etdirəcəyini zənn edir: “Son müşahidələr göstərir ki, ABŞ-da olacaq seçkilərdə xanım Klintonun qalib gəlmək imkanları kifayət qədərdir. Hərçənd, ABŞ-ın Xüsusi Tədqiqatlar Bürosunun Klintonun elektron poçtu ilə bağlı yaydığı son məlumatlar fonunda namizədlər arasında fərq kifayət qədər azalıb. Bununla belə Klintonun qələbə çalmaq şansı yüksəkdir. Klinton qalib gələrsə ABŞ-ın xarici siyasəti daha radikal xarakter kəsb edə bilər. Obamadan fərqli olaraq Klinton Suriya probleminin ABŞ ordusunun birbaşa hərbi müdaxiləsi kontekstində həll edilməsi tərəfdarıdır. Lakin Qarabağ probleminin həllində yeni ABŞ adminstrasiyasının hansısa bir fərqli mövqe sərgiləyəcəyini də düşünmürəm.  Zamanında onun dövlət katibi işlədiyi də nəzərə alınarsa, Klinton sözsüz ki, Qarabağ probleminin mahiyyətilə bağlı məsələlərdən də xəbərdardır. Kerri ilə münasibətdə Qarabağ probleminə baxışda onda ciddi fərq əmsalları özünü büruzə verməyib. Düşünmürəm ki, Klinton Ağ Evə sahib olduqdan sonra Qarabağ probleminin məhz Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli üçün daha fərqli bir mövqe sərgiləsin. Amma enerji əməkdaşlığı və beynəlxalq terrorizmə qarşı mübarizədə Vaşinqtonun yeni hökuməti Bakı ilə əməkdaşlığı davam etdirə bilər. Amma Azərbaycan prezidentinin son çıxışlarında Qərbə etdiyi mesajlar göstərdi ki, həmin məkanın ölkəmizə və Minsk qrupunun münaqişənin həllinə münasibətdə sərgilədiyi mövqedən narazı qalmağımıza kifayət qədər əsaslar var. Referendum ərəfəsində də Azərbaycandakı 5-ci kolonun fəaliyyətinin ABŞ-ın Bakıdakı səfirliyi tərəfindən maliyyələşdirməsilə bağlı məqamlar da siyasi müşahidəçilərin diqqətindən yayınmadı. Bu hallar onu göstərir ki, Vaşinqton Azərbaycanın strateji əhəmiyyətini anlamaqla yanaşı, dövlətimizə münasibətdə ikili standartlardan geri çəkilmir. Güman edirəm ki, Klintonun gəlişi ilə Cənubi Qafqaz uğrunda ABŞ-la Rusiya arasında mübarizənin daha kəskin və ciddi müstəvi üzərinə gələcəyini də istisna etmək olmaz. Klintonun seçiləcəyi təqdirdə Qərb Azərbaycanda 5-ci kolonun fəallaşması üçün yenidən öz səylərini ortaya qoyacaq. Amma düşünmürəm ki, bu cəhdlər Azərbaycanda müxalifətin şanslarını artırsın. Hər halda Qafqazda dondurulmuş münaqişələrin ABŞ-ın maraqları müstəvisinə gətirilməsi istiqamətində ciddi cəhdlər ediləcək. Təbii ki, Azərbaycan da bütün bunlara hazır olmalıdır”.

Elçin/Yenicag.az

Manşet, Banner, Flaş, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti