!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Klinton yoxsa Trump: Azərbaycan siyasətçiləri ABŞ seçkilərini şərh edir

!Reklam – Yazi

10005760_GNatiq Cəfərli: “Hillari Klintonun şansı daha yüksəkdir, amma sürprüz də istisna deyil”

Araz Əlizadə: “Xanım Klinton fövqəldövlətin başçısı olsa, dünyanı yaxşı heç nə gözləmir”

Sərdar Cəlaloğlu: “Trampın İslam dünyası və Rusiya ilə bağlı mövqeləri ölkəmizin milli maraqları ilə bir o qədər də uyğun deyil”

Tənzilə Rüstəmxanlı: “Orada kimin prezident olması o qədər də önəmli deyil”

Əli Əliyev: “Xanım Klintonun gəlişi Azərbaycan üçün də müəyyən ümidlər verə bilər”

Pənah Hüseyn: “Hər şey ola bilər”

Bu gün ABŞ seçicisi özünün növbəti prezidentini seçir. Bu post uğrunda Demokratlar Partiyasından namizəd Hillari Klintonla, respublikaçıların namizədi Donald Tramp mübarizə aparır. Görəsən, Azərbaycanda nə düşünürlər, kim qalib gələcək, xanım, yoxsa yenə də güclü cünsin nümayəndəsi? Ümumiyyətlə onlardan kimin prezident olması Azərbaycan üçün daha məqbuldur?

Natiq Cəfərli ile ilgili görsel sonucuYenicag.az-a açıqlamasında REAL hərəkatının funksioneri Natiq Cəfərli demokratların qalib gələcəyini proqnozlaşdırsa da, sürprüz ola biləcəyini də istisna etmədi: Əslində bütün sorğular göstərir ki, Hillari Klintonun şansı daha yüksəkdir. Son sorğularda da o önə çıxıb. Amma Amerika seçkilərində sürprüz də ola bilər. Çünki son zamanlar dünyada sorğular zamanı bir effekt yaranıb. Bunu Böyük Britaniyada breksiz zamanı gördük. Sorğularda breksizin əleyhdarları üstünlük təşkil edirdi, amma referendumda əksəriyyət Avropa Birliyindən çıxmaq qərarını verdi. Beləcə araşdırarkən məlum oldu ki, bir çox insanlar sorğularda səs verməyə və çıxmağın lehinə olduğunu deməyə utanıblar. Amerikada da belə bir effektin olması ehtimalı vardır. Sorğularda Trampa səs verəcəyini açıqlamağa bəzi insanlar respublikaçıların namizədinin çıxışlarındakı aqressiyaya görə çəkinirlər. Ola bilər bu fonda sürprüz şəkildə Tramp qalib gəlsin. Amma əsas ehtimallar Klintonun qalib gələcəyi yönündədir”.

Araz Əlizadə ile ilgili görsel sonucuASDP sədri, Milli Məclisin deputatı Araz Əlizadə H. Klintona simpatiyasının olmadığını bildirdi: “Amerikada seçkilərdə kimin qalib gələcəyini bu ölkənin öz xalqı müəyyənləşdirir. Amma şəxsi fikrimə görə xanım Klintonun qalib gəlməsini istəməzdim. Çünki o, fövqəldövlətin başçısı olsa, dünyanı yaxşı heç nə gözləmir. Yadımızdan çıxarmayaq ki, Yaxın Şərqdə hazırda cərəyan edən hadisələrin ilhamçısı və həyata keçirəni məhz Hillari olub”.

Sərdar Cəlaloğlu ile ilgili görsel sonucuADP sədri Sərdar Cəlaloğlu Klintonun prezident olmasını istəyir: “Amerikada prezident kürsüsü uğrunda mübarizə aparan iki namizəddən heç biri Azərbaycan üçün perspektivli xoş gələcək vəd etmir. Amma hər halda şəxsi fikrimə görə Klintonun hakimiyyətə gəlməsi bizim üçün daha məqbul olar. Çünki Trampın İslam dünyası və Rusiya ilə bağlı mövqeləri ölkəmizin milli maraqları ilə bir o qədər də uyğun deyil”.

Tənzilə Rüstəmxanlı ile ilgili görsel sonucuAzəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının fikrincə, ABŞ-da kimin prezident seçilməsi o qədər də önəmli məsələ deyil: “ABŞ-da seçkilərdə kimin qalib gəlməsi önəmli deyil. Orada kim olur-olsun ABŞ-ın xarici siyasəti dəyişməyəcək. Dövlətin öz milli proqramı var ki, o da dəyişməz. Kim gəlir-gəlsin Amerika dövlətinin çıxarları nəyi istəyirsə, ölkə də o cür hərəkət edir. Seçiləcək prezident də ona uyğun hərəkət edəcək. Hazırda orada kimin seçiləcəyi haqqında bir qənaət bildirmək istəmirəm. Çünki orada çox ciddi bir münasibət gedir. Yəqin ki, hər şey sabah bəlli olacaq. Ancaq hər halda Amerika dövlətinin xarici siyasəti nəyi gərək bilirsə, gələn də onu icra edəcək. Ona görə də orada kimin prezident olması o qədər də önəmli deyil”.

Əli Əliyev ile ilgili görsel sonucuVİP sədri Əli Əliyev də Klintonun qələbəsini istədiyini söylədi: “Məncə Klintonun şansları daha yüksəkdir. Rəy sorğuları da bunu göstərir. Onun qalib gəlməsi Azərbaycan üçün də daha məqbuldur. Fikrimcə, xanım Klinton da Obamanın yürütdüyü dünyada demokratiyanın dalğasını daha da genişlənməsi siyasətini davam etdirəcək. Bu baxımdan da xanım Klintonun gəlişi Azərbaycan üçün də müəyyən ümidlər verə bilər. Təbii ki, bütün hallarda burada Azərbaycan xalqının iradəsi əsas rol oynayır. Onun alternativi Tramp isə Azərbaycan üçün məqbul füqur sayıla bilməz”.

Pənah Hüseyn ile ilgili görsel sonucuAXP sədri Pənah Hüseyn məsələ barədə konkret fikir bildirmədi: “Hesab edirəm ki, ABŞ-da kimin prezident olmasını hər halda Amerika vətəndaşlarının özləri müəyyən edir. Onlar kimi müəyəyn etsə, o da gələcək. Bu mənada kimin prezident ola biləcəyilə bağlı şəxsən özümün elə bir rəyim yoxdur. Amma ekspertlər daha çox demokratların namizədinin qalib gələcəyini proqnozlaşdırır. Prinsipcə hər şey ola bilər”.

 

 

Elçin/Yenicag.az

www.yenicag.az

762
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv