www.sinerjipro.net

SinerjiProWide
Reklam

“Şəmkir”in 15 yaşlılardan ibarət komandasının baş məşqçisi Elşad Mirzəyev klubun əleyhinə sərt ittihamlarla çıxış edib. Məşqçi “sportinfo”ya müsahibəsində Elvin Səfərlinin “Şəmkir”ə rəhbər gəlməsindən sonra klubdakı problemlərin artdığını deyib. O, E. Səfərlini fırıldaqçılara klubda vəzifə verməkdə, uşaq futbolunu məhv etməkdə, akademiyanı bağlamaqda ittiham edib.

Məsələ ilə bağılı “Şəmkir” klubunun rəhbəri Elvin Səfərli ilə əlaqə saxladıq. Yeniçağ.az-a danışan E.Səfərli Elşad Mirzəyevin dediklərini təkzib edib:

“Bir futbol mütəxəssisi ilə klub rəhbəri arasında ədavətin olmağı mümkün deyil. Biz “Şəmkir”ə gələndə uşaq futboluna bir o qədər diqqət yetirməməyi qərara almışdıq. İstəyirdik ki, görəcəyimiz iş mükəmməl olsun. Yenidən qurulmuş komandada isə hər şeyi birdən-birə qüsursuz etmək mümkün deyil. Biz də Elşad müəllimə dedik ki, bu il uşaq futbolu bizim üçün ikinci sıradadır. Əvvəlcə Elşad müəllim bununla razılaşsa da sonradan nədənsə belə açıqlama verib. Yəqin düşünüb ki, ona komanda yer verilməyəcək. Əsəblərini cilovlaya bilmədiyi üçün də belə bir açıqlama verib. Biz Premyer Liqaya qayıtmaq istədiyimiz üçün yenidən uşaq futboluna təkan vermişik. Yeni strategiyamızda ona da yer ayırmışıq. Yəqin Elşad düşünüb ki, ona yeni işdə yer verilməyəcək, o səbəbdən elə danışıb”.

Klub prezidenti həm akademiyanın bağlanması, həm də “Kəpəz”dən qovulan fırıldaqçıların “Şəmkir”ə gətirilməsi məsələsinə də aydınlıq gətirib:

“Akademiyanın bağlanması da yanlış məlumatdır. Biz onun inkişafına çalışırıq.
Fırıldaqçılar məsələsinə gəldikdə isə, Gəncədən bizə sadəcə, Nofəl adlı bir şəxs gəlib, başqa heç kimə bizim klubda vəzifə verilməyib. O da normal adamdır. Belə ki, bir nəfərin hamı tərəfindən sevilməsi mümkün deyil. Yenə deyirəm: bizdə başqa gəncəli yoxdur”.

Aygün İlqarqızı
Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 30
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.