!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Köhnə model maşını 172 minə satır - nömrəsinə görə

!Reklam – Yazi

Türkiyədə Edip Tunçel adlı şəxs bazar dəyəri 15 min türk lirəsi olan avtomobilini nömrəsində ölkə prezidenti Rəcəb Tayyip Ərdoğanın adının baş hərflərinin olması səbəbindən 350 min lirəyə satışa çıxarıb.

Yenicag.az xəbər verir ki, Ədirnədə yaşayan maşının sahibi 1999 model və 200 min km sürülmüş ikinci əl avtomobilini satmaq üçün internetdə elan verib. O, avtomobilinə 85 min avro (172 210 AZN) qiymət qoyduğunu, qiyməti bu qədər yüksək qoymasının əsas səbəbinin isə “34 RTE 22” nömrəsi ilə əlaqədar olduğunu etiraf edib:

“Avtomobilə 85 min avro qiymət qoydum. Yəni 350 min lirə də deyə bilərik. Ancaq bu qiyməti qoymağımın səbəbi nömrəsidir. Məncə, bu, şişirdilmiş qiymət deyil. Çünki nömrə prezidentin adının baş hərflərini daşıyır. Nömrənin sonu da 22 ilə bitir. 22 də Ədirnənin nömrə kodudur. Mən bu nömrənin Ədirnədə qalmasını istəyirəm. Mən bu nömrəni daha gözəl bir avtomobilə taxıb gəzmək istərdim. Ancaq ehtiyac ucbatından indi satışa çıxarmışam. Arayan, təkliflər edən çoxdu. Amma indiyə qədər heç kimlə razılığa gələ bilmədik”.

www.yenicag.az

7350
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv