13140583_571872202981400_1588490396_n
Azərbaycan ordusunun Qarabağda antiterror əməliyatları erməni diasporu başda olmaqla bütün antimilli qüvvələri hərəkətə gətirib. Belə ki, özünü talış millətçisi adlandıran Fəxrəddin Abbaszadə adlı Talış xalqının adından danışmağa haqqı belə olmayan separatçı bu fürsətdən istifadə edərək suyu bulandırmağa can atıb . Belə ki, kavnews.ru adlı erməni saytında məqalə yazaraq, diaspor nümayəndələrimiz tərəfindən 16 Aprel 2016-cı ildə keçirilən tədbirin mahiyyətini fərqli və qərəzli formada rusdilli ictimaiyyətə təqdim edib.

Bu təxribatçının ürəyini soyutmadığından həmin tədbirdən foto paylaşmaq əvəzinə ASGA Rusiya nümayəndəliyinin və Ümumrusiya Azərbaycanlıları Konqresinin təşkil etdiyi 2 fevral gənclər günü münasibəti ilə təşkil edilən tədbirin şəkilini paylaşıb .

Bu barədə Yenicag.az-a açıqlama verən ASGA-nın Rusiya Nümayəndəliyinin rəhbəri Toğrul Allahverdili hesab edir ki, “Bu separatçı unudub ki, yalan ayaq tutar yeriməz . Son olaraq Fəxrəddin Abbaszadəyə xatırladıram ki, Rusiya ilə Azərbaycan arasında güclü dostluq və əməkdaşlıq hökm sürur ve bu dostluğu pozmağı  nə sən, nə də ki ermeni havadarların bacara bilməz. Sənin bu əməlinə görə Rusiya və Azərbaycanın hüquq-mühafizə orqanlarına müraciət olunacaq. Separatçılığın cəzasını mütləq hüquqi şəkildə alacaqsan”.

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 29
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."