Bakı şəhəri ərazisində 2013-2016-cı illər ərzində təkrar mənzil bazarında yeni və köhnə tikili mənzillərin arasındakı qiymət fərqi təxminən 5 dəfə azalaraq 3%-ə düşüb. Bu, “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinin monitorinq qrupunun apardığı araşdırmalar nəticəsində üzə çıxıb.

Məlumata görə, yeni tikililər isə son 10 il ərzində tikilən binalardır: “Təkrar mənzil bazarı – köhnə və yeni tikilmiş mənzillərə bölünür. Köhnə tikili mənzillər – “stalinka”, “xruşovka”, “brejnevka” və s. layihələrdən ibarətdir, yeni tikililər isə son 10 il ərzində tikilən binalardır”.

Biriliyin məlumatında deyilir ki, ənənəvi köhnə tikili mənzillərin qiyməti yeni tikili mənzillərdən baha olub və arasındakı qiymət fərqi 15-20% təşkil edib.

“Hazırda bu qiymət fərqi 3% təşkil edir: diaqramda göründüyü kimi, Bakı şəhəri üzrə 2013-cü ildən 2016-cı ilin sonuna kimi yeni və köhnə tikili mənzillər arasındakı olan qiymət fərqi ildən ilə azalır. Belə ki, 2013-cü ildə Bakı şəhəri üzrə köhnə tikili mənzillərin yeni tikili mənzillərdən 16% bahalı olduğunu müşahidə edirik, 2016-cı ildə isə bu göstərici 3% təşkil edib. Qiymət fərqinin enmə tendensiyası yeni tikili mənzillərin xeyrinə olduğu zaman, tələbatın qlobal dəyişməsinə səbəb ola bilər. Yəni, yeni, müasir və keyfiyyətli mənzillərə tələbat çoxalır, köhnə tikili mənzillərə isə tələbat tədricən azalır”, – deyə hesabatda qeyd olunub.

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 6
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."