!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kolleclərə və magistraturaya qəbul qaydaları dəyişdi – VİDEO

!Reklam – Yazi

Kolleclərə qəbul qaydaları dəyişdi. Nazirlər Kabineti “Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulu Qaydaları”nı təsdiq edib.

Yeniçağ.Az Xəzər TV-yə istinadən xəbər verir ki, bu ildən tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı verən abituriyentlər, əldə etdikləri nəticələr əsasında kolleclərə qəbul imtahanı vermədən müsabiqədə iştirak edəcəklər.

Abituriyentlərə hər bir fənn üzrə 30, ümumilikdə 90 qapalı tipli test tapşırığı təqdim edilir. Tam orta təhsil səviyyəsi üzrə imtahanın müddəti 2 saat 15 dəqiqədir.

Magistratura ilə bağlı da yeni qəbul qaydaları təsdiqlənib. Magistraturaya imtahan iki mərhələdə keçiriləcək. 1-ci mərhələ bakalavrın ümumi intellekt səviyyəsinin informatika və xarici dil üzrə biliklərinin qiymətləndirilməsi, 2-ci mərhələ ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi üzrədir.

Yeni qaydalara əsasən, bir sıra universitetlər 2-ci mərhələni özünün müəyyən etdiyi qaydalar əsasında imtahan götürəcək.

Yeniçağ.Az

www.yenicag.az

603
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv