Kölndə Qara Qarayevin əsərləri səsləndirilib

Kölndə Qara Qarayevin əsərləri səsləndirilib

Müəllif: Redaktor

Editor

unnamedAlmaniyada yaşayan azərbaycanlı musiqiçi, pianoçu, Köln Musiqi Akademiyasının dosenti Elnarə İsmayılova Melanthon Akademiyasında geniş mühazirə və musiqi proqramı ilə çıxış edib. E.İsmayılova böyük rus bəstəkarı Dmitri Şostakoviçin 110 illiyinə həsr olunmuş tədbirdə tamaşaçılar qarşısına çıxıb. Həmyerlimizin təşəbbüsü ilə proqramda Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin yaradıcılığına da xüsusi yer ayrılıb. Öz çıxışında Köln Musiqi Akademiyasının dosenti Q.Qarayevin yaradıçılığı və onun “Şostakoviç məktəbi” ilə əlaqlələri haqqında məlumat verib, Q.Qarayevin bəstəkarlıq istedadının Şostakoviç tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib. Pianoçu Qara Qarayevin Azərbaycan musiqisində folklor ilə müasirlik simbiozundan danışaraq, onun məhz bu sahədə 20-ci əsrin musiqisinə verdiyi töhfənin əhəmiyyətini vurğulayıb.

Daha sonra Elnarə İsmailova Şostakoviçin əsərləri ilə yanaşı Qara Qarayevin “24 prelüd” əsərini ifa edib.
Qeyd edək ki, Qara Qarayevin musiqisi tamaşaçılarda böyük maraq doğurub. Tədbirin sonunda qonaqlar E.İsmayılovaya böyük bəstəkarın yaradıçılığı haqqında, ümumiyyətlə, Azərbaycan mədəniyyətinə dair suallar verib, müzakirələr aparıblar.

3-cü-sektor

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti