www.sinerjipro.net

SinerjiProWide
Reklam

 Cəmşid Naxçıvanski adına Hərbi Liseylə bağlı problem böyüyür

1370240001_0001Cəmşid Naxçıvanski adına Hərbi Liseylə bağlı şikayətlər getdikcə çoxalmaqdadır. YENİCAG.AZ xəbər verir ki, bu barədə AZERİNFO.ORG-a daxil olan məlumata görə, bu hərbi təhsil ocağında əsas problem daxili nizam-intizamın çox aşağı səviyyədə olması ilə bağlıdır. Belə ki, kursantlar arasında ayrıseçkilik salınır. İmkanlı və “dayı”lı uşaqlar liseydə “at oynatsalar” da, bundan məhrum olanlara isə hər cür problem yaradılır. Yuxarı kursda oxuyan kursantlar özlərindən aşağı kursda oxuyanları incidirlər.

Xatırladaq ki, bir müddət öncə, bu liseydə kursantlardan biri yatdığı yerdə dünyasını dəyişdiyi zaman lisey rəhbərliyi onun ürək çatışmazlığından vəfat etdiyini açıqladı. Əgər onun ürəyində hər hansı xəstəlik var idisə, nəyə görə liseyə qəbul edilən zaman həkim komissiyası buna baxmamışdı? Səbəb isə sadədir. Məktəbin rəhbərliyi liseyi başlı-başına buraxdığı üçün tez-tez problemlər baş verir. Saat 10-dan sonra kursantlar liseyin hasarlarından adlayaraq “samavolka”ya çıxırlar. Amma cavabdeh qalan müəllimlərin bundan xəbəri olmur. Hərbi strukturlu məktəb olduğundan daxildə baş verən hadisələr gizli saxlanılır.

Liseydə savadlı kadr azlığına diqqət çəkən mənbəmiz general Mirzə Almasovun bu hərbi tədris ocağında yaratdığı özbaşına mühitdən yuxarı instansiyaların xəbərinin olduğunu iddia edir.

Onu da qeyd edək ki, bir neçə gün öncə Liseylə bağlı başqa bir problem yarandı. Belə ki, Qərib Məmmədov adlı vətəndaş bu liseyin 3-cü bölüyünün 3-cü tağımının komandiri Orxan Hüseynov valideyinlərdən külli miqdarda rüşvət almaqda ittiham etdi. Şikayətçi O.Hüseynovun bəzi valideyinlərdən pul ala bilmədikdə onların övladlarını hərbi məktəbdən qovacağı ilə hədələdiyini də bildirdi.

Qərib Məmmədov deyir ki, Orxan Hüseynovla bu məsələni bir neçə dəfə müzakirə ediblər və imkansız olduqlarını bildiriblər. Amma Orxan Hüseynov onların dediklərinə əhəmiyyət verməyib. Bu hal bir neçə dəfə təkrar olunub.

Qərib Məmmədovun sözlərinə görə, Orxan Hüseynovla telefonda bir neçə dəfə bu haqda danışıblar. Hərbi prokurorluğa da bu haqda məlumat verilib. Bu günlərdə məsələ ilə bağlı cinayət işi açılacaq. Şikayətçi Müdafiə naziri general Zakir Həsənovdan da məsələni diqqətdə saxlamağı xahiş edib.

Qeyd olunur ki, bir tağım komandiri generalın razılığı olmadan belə rahatlıqla hərəkət edə bilməz. O, Mirzə Almasovun yaxın çevrəsində olduğundan, istədiyini bu şəkildə hədələyə bilir.

Yazıda adı çəkilən şəxslərin mövqeyini yayınlaya bilərik.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 99
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."