www.sinerjipro.net

SinerjiProWide
Reklam

11903556_10206394143725177_1348468957_nAzərbaycanda “cəld yemək” kimi tanınan dönər artıq demək olar ki, Bakıda əksər insanların nahar yeməyinə çevrilib. Tələbatdan asılı olaraq bu cür yeməklər demək olar ki, bütün şəhəri bürüyüb. Artıq əksər insanlar ayaqüstü yemək olduğu üçün dönərlərdən istifadəyə üstünlük verir. Amma, əslində bu sahə ciddi nəzarətdə saxlanılmalıdır. Çünki, bu cür yeməklərdən daha çox zəhərlənmələr baş verir. Tezbazar köz, qaz və digər yanacaqla qızardılan bu yeməklərdən istifadə zamanı daha ehtiyatlı olmaq lazımdır. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da bu məsələdən narahatdır və Azərbaycanın dönər bazarında ciddi problemlərin olduğunu iddia edir: “Azərbaycanda dönərin standartları yaradılıb. Amma, bu sahədə böyük problemlər yaşanır. Bunu hamı bilir. Azad İstehklakçılar Birliyi dönərlərlə bağlı monitorinqlər apardı və məlum oldu ki, 80 faiz yerlərdə dönər standartlara uyğun satılmır və mərkəzləşdirilmiş qaydada gətirilmir”.

AZERİNFO.ORG-a daxil olan məlumata görə, dönər sektorunda olan üç monopolist şirkətdən biri-“Elba” sıradan çıxıb. Buna səbəb müvafiq dövlət standartına riayət edilməməsidir.

Qeyd edək ki, 2012-ci ildə ölkədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 106 nömrəli əmri ilə dönər standartı qəbul edilib. Elə həmin ilin oktyabrın 15-dən başlayaraq qərar tətbiq edilməyə başlanılıb.  Dönərxanaları ətlə təmin edən 3 şirkət müəyyən olunub, onlar “Azbanvit”, “Elba MMC” və “Çudo Peçka” müəssisəsidir.

“Elba” şirkəti Gəncədə yerləşir və respublika ərazisində ən geniş dönər paylayan şirkət olaraq, tanınır. Ancaq hələ bir müddət öncə Eyyub Hüseynov bildirmişdi ki, ““Elba” şirkəti haqqında da bizə təzadlı məlumatlar gəlir. Məlumata görə, “Elba” şirkəti hələ ki ət kəsimi sistemini yaratmayıb, Lakin bizə təzadlı məlumatlar gəlir ki, həmin şirkətin dönər hazırladığı ətin mənşəyi ürəkaçan deyil. Bizə məlumat daxil olub, amma hələ ki biz konkret faktları araşdıra bilməmişik”.

Göründüyü kimi, “Elba” ilə bağlı şikayətlər dövlət komitəsini də narahat edib ki, bu şirkətə qadağa qoyub.

AZERİNFO.ORG-un əməkdaşı şəhərdəki dönərxanalar arasında da reyd aparıb. “Elba”-nın loqosu ilə dönər satan müəssisələr artıq bu firma ilə əməkdaşlıq etmədiklərini bildiriblər: “Bizə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən “Elba” tövsiyyə olunmuşdu. Bir neçə ay öncə oradan yeni təlimat gəldi ki, “Elba” ilə əməkdaşlığı dayandırın, biz də əməkdaşlığa son verdik”.

Xatırladaq ki, “Elba” ilk dəfə Azərbaycanda “Halal Dönər” sertifikatı ilə meydana çıxmışdı. Görünür, dövlət komitəsi ilə şirkət arasında halallıq olmadığından şirkət qara siyahıya salınıb.

AZERİNFO.ORG-un araşdırmasına görə, şirkətin rəsmi səhifəsi – elba.az saytı da bağlanıb. Bu da özlüyündə sübut edir ki, şirkətin üzərində qara buludlar dolaşmaqdadır. /azerinfo.org

Mövzunu diqqətdə saxlayacağıq.

Məsələyə münasibətini öyrənmək “Halal Qida” MMC ilə əlaqə saxlamaq istəsək də, koordinatlarını tapa bilmədik. Ancaq istənilən halda cavab haqqını dərc etməyə hazırıq.

11900698_10206394089563823_108557582_o

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 73
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."