yenicag.az
yenicag.az

Komitə sədrinin şok rüşvət – Videosu

Komitə sədrinin şok rüşvət – Videosu

Müəllif: Redaktor

Editor

1438165532_xaqani-memmedov0Hakimlər Komitəsinin sədri, AFFA-nın hakim-inspektoru Xaqani Məmmədov haqqında şok video üzə çıxıb.

Yenicag.az sportinfo.az-a istinadən xəbər verir ki, HK sədri 2001-ci il iyulun 28-də UEFA kubokunda “Osiek” (Xorvatiya) və “Dinaburq” (Latviya) arasındakı oyunda rüşvət alıb və matçı idarə edən Asim Xudiyev, Rufulla Kərimov, Ramiz Əsədovla birlikdə bunu həyata keçiriblər.

Yayılan videoda eşidilir ki, Xaqani Məmmədov latviyalılar tərəfindən edilən təklifi laysmana çatdırır və onun baş hakimə deməsini istəyir. Asim Xudiyev təklifdən sonra xorvatiyalıların məğlubiyyətinə çalışsa da, buna nail ola bilməyib.

Maraqlı bir fakt da ondan ibarətdir ki, həmin vaxt “Dinaburq” klubunun baş məşqçisi hazırda “Qəbələ”nin sükanı arxasında olan Roman Qriqorçuk olub.

Sözügedən məsələ videonun 3-cü dəqiqəsindən müzakirə olunur.

Qeyd edək ki, Xaqani Məmmədovla əlaqə saxlamağa cəhd etsək də, sədr telefon zənglərimizə cavab verməyib.

İdman, Banner, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti