!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kommunal sektorda itkilər azaldılacaq

!Reklam – Yazi

komunalAzərbaycan prezidentinin 6 dekabr tarixli fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi” açıqlanıb.

Yeniçağ.az xəbər verir ki, sənəddə sahə üzrə fəaliyyətsəmərəliliyinə və yüksək xidmət səviyyəsinə nail olmaq üçün genişmiqyaslıtədbirlərin həyata keçirilməsi üzrə təkliflər verilib. Həmçinin Strateji Yol Xəritəsihəyata keçiriləcək tədbirlər üzrə “dövlət–özəl tərəfdaşlığı” mexanizmlərininhazırlanmasını da nəzərdə tutur.
Sənəddə kommunal sektor üzrə aşağıdakı hədəflər müəyyənləşib:

Elektrik enerjisi istehsalı və təchizatı üzrə:

● ümumilikdə istehsal gücünün 1000 MVt artırılması ilə yanaşı, külək enerjisi
üzrə 350 MVt, günəş enerjisi üzrə 50 MVt və bioenerji üzrə 20 MVt olmaqla,
şaxələndirilməsi (artıq planlaşdırılmış 900 MVt-dan əlavə);

● kombinə edilmiş dövriyyəyə malik seçilmiş qaz turbin stansiyaları üçün xalis
yanacaq səmərəliliyi səviyyəsinin 50 faizədək artırılması;

● elektrik enerjisinin itki səviyyəsinin Bakıda 8,5 faizdən 7 faizədək, regionlarda
isə 12 faizdən 8 faizədək azaldılması;

● Gürcüstanın elektrik enerjisi idxalının 50 faizinin, Türkiyənin isə 20 faizinin
təmin edilməsi;

● səmərəliliyin artırılması hesabına qənaət edilmiş təbii qaz miqdarının (təbii
qaz qurğularından) TAP/TANAP layihələri vasitəsilə Avropaya ixracı.

Təbii qaz təchizatı üzrə:

● bütün bölgələr üzrə təbii qazın paylanması zamanı baş verən texniki itkilərin 8
faizədək azaldılması (əgər hər hansı bölgə üzrə itki səviyyəsi 8 faizdən aşağı olarsa,
bunun eyni səviyyədə qalacağı ehtimal edilir);

● səmərəliliyin artırılması hesabına qənaət edilmiş təbii qaz miqdarının (təbii
qaz qurğularından) TAP/TANAP layihələri vasitəsilə Avropaya ixracı.

Su və kanalizasiya xidmətləri üzrə:

● kommersiya itkilərinin nisbətinin 20 faizdən ən azı 14 faizədək azaldılması
(“Azərsu” ASC-nin 670 milyon m3 illik su təchizatından);

● paylanmada olan itkilərin 31 faizdən 25 faizədək azaldılması;

● sayğacı olmayan qeydiyyatlı istifadəçilərin payının 26 faizdən 5 faizədək
azaldılması (ev təsərrüfatlarının cəmi sayı 2 milyon 20 min);

● tullantı sularının toplaması səviyyəsinin 46 faizdən 65 faizədək artırılması
(“Azərsu” ASC tərəfindən əhali üçün 314 milyon m3 su təchizatından).

İstilik təchizatı üzrə:

● 2015-ci illə müqayisədə səmərəlilik nəzərə alınmaqla, istilik enerjisi
istehsalının həcminin 427 min Qkal10 artırılaraq 1767 min Qkal səviyyəsinə
çatdırılması;

● istilik təchizatının əhatə dairəsinin genişləndirilməsi ilə, 2017–2020-ci illərdə
istiliklə təmin edilən yaşayış binalarının sayının 50,4 faiz artırılaraq, 5689-a
çatdırılması;

● istilik təsərrüfatlarının gəlirlərinin, ümumilikdə, 5,1 milyon manat artması;

● 550-ə yaxın yaşayış binasında texniki cəhətdən nasaz olan istilik təchizatı
sisteminin əsaslı şəkildə təmir edilməsi ilə istilik təchizatının yaxşılaşdırılması

 

Yenicag.az

www.yenicag.az

509
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv