!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Konstitusiyaya təklif edilən dəyişikliklər: 24-cü maddə – Video

!Reklam – Yazi

21
Yenicag.az AzVision.az-a istinadən Konstitusiyamıza təklif edilən dəyişikliklər və onların niyə lazım olmasını maddələr üzrə şərh edir

Azərbaycan Respublikasının Konstitusiyasının hazırda qüvvədə olan 24-cü maddəsi belədir:

I. Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır.
II. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir.

Təklif edilən dəyişiklik isə budur:

I. İnsan ləyaqəti qorunur və ona hörmət edilir.
II. Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır.
III. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir.

Bu dəyişiklik nə üçün lazımdır?

İnsan ləyaqətinin qorunmasının birbaşa Konstitusiyada təsbit olunması insan haqlarına verilən dəyər baxımından çox böyük bir addımdır. Bununla Azərbaycanda insan ləyaqəti Konstitusiya prinsipi halına gətirilir. Hüquqi dildə “ləyaqət” deyiləndə şəxsin bütün mənəvi və intellektual keyfiyyətlərinin cəmi nəzərdə tutulur. Təklif olunan maddə ilə insan ləyaqətinin qorunması da toxunulmaz fundamental hüquqların siyahısına daxil edilir.

www.yenicag.az

1008
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv