!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Körpə ikən küçəyə atılan, ata-anasını tanımayan ulduz - FOTOLAR

!Reklam – Yazi

“Bavariya”nın futbolçusu Frank Riberi Fransa telekanallarından birində qonaq olarkən uşaq vaxtı başına gələn faciələrdən söz açıb.

Yenicag.az xəbər verir ki, o, uşaqlıq xatirələrindən və üzündəki tikişlərdən danışıb.

Həyatı boyu ana və atasının kim olduğunu bilməyən təcrübəli futbolçu körpə ikən monastır pilləkənlərinə atıldığını bildirib:

“İki yaşım olarkən avtomobil qəzasına düşdüm. Üzümə 100 dənə tikiş qoyuldu. Bütün bu yaşadıqların mənə xarakter və güc verdi. Uşaq ikən bu üzlə gəzmək çox çətin idi. Hara gedirdimsə, insanlar mənə baxırdı. Bunun səbəbi yaxşı bir insan, ya da futbolçu olmağım deyildi, üzümdəki tikişlər idi”.

Qeyd edək ki, Əlcəzair əsilli futbolçu 1983-cü ildə Fransanın Bulon şəhərində dünyaya gəlib. Futbolçu karyerasına 13 yaşında ikən “Lill” klubunda başlayan Riberi, 2007-ci ildən Almaniya nəhəngi “Bavariya”nın uğurları üçün çalışır. Vaxtı ilə Türkiyənin “Qalatasaray” klubunda da çıxış edən “Yaralı üz” ləqəbli vinger 2002-ci ildə həyat yoldaşı Vahiba Belhamiyə görə İslam dinini qəbul edib və Bilal adını seçib.

www.yenicag.az

3190
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv