Yazı İçi 468×60

doha3-460x307ADİHİ rəhbəri Qətərdə keçirilən beynəlxalq insan haqları konfransında münaqişə zonalarında həlak olan körpələr barədə danışıb

13-14 Yanvar tarixində Qətərin paytaxtı Doha şəhərində BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı və Qətər Milli İnsan Haqları Komitəsinin birgə təşkilatçılığı ilə beynəlxalq insan haqları konfransı baş tutub. “BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının Ərəb Regionunda İnsan Haqlarının Təbliği və Qorunması” adlı konfransda dünyanın dörd bir yanından tanınmış hüquq müdafiəçiləri və beynəlxalq ekspertlər iştirak ediblər.

Konfransda iştirak edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov dünyada cərəyan edən münaqişələrdən söz açıb, xüsusən də müsəlman ölkələrində müharibələr zamanı həlak olan körpələr barədə danışıb. Əsas diqqəti günahsız mülki vətəndaşların ölümünə yönəldən hüquq müdafiəçisi Azərbaycanın da bu problemdən əziyyət çəkdiyini deyib, Dağlıq Qarabağda həlak olmuş yüzlərlə azərbaycanlı körpələri xatırlayıb: “Bugün İraq, Suriya, Fələstin və digər müsəlman ölkələrində baş verənlər bizləri də narahat edir. Xüsusən də körpələrin həlak olması ən böyük faciəmizdir. Bizlər də bu faciələri yaxından yaşamış və qəlbimizdə hiss etmişik. Odur ki, bugün İraq və Suriyada baş verənlər bizi də narahat edir. Mən bütün Müsəlman-Ərəb dünyasına, xüsusən də İslam dünyasının əsas nüvəsini təşkil edən Körfəz ölkələrinə müraciət edirəm – Körpələri ölməyə qoymayaq! Onlar bizim ümmətimizdir!”

doha1

doha2

doha3

doha4

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 11
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."