Körpəsinin üzünü görmədən şəhid olan Qabilin toy görüntüsü

Müəllif: Redaktor

Editor

1465468331_13419089_1125728650831959_2893680213147556155_nBu gün aprel döyüşlərində şəhid olan zabitimiz Qabil Orucəliyevin toy günündən bir il ötür.

Sosial şəbəkələrdə şəhidimizin toyundan foto paylaşılıb. Qabilin mart ayının sonlarında dünyaya gələn oğlu atasının adını daşıyır. Şəhid leytenantımız dünyaya gələn övladını görə bilmədi. Balaca Qabil şəhid oğlu kimi atasız böyüyəcək.

Şəhid Q.Orucəliyevin dostlarından biri ilə mesajlaşması və ona oğlunun dünyaya gəlməsini müjdələməsi xəbəri sosial şəbəkələrdə geniş yer almışdı. O, dostuna yazdığı mesajda oğlu doğum evindən çıxdıqdan sonra məzuniyyətə çıxaraq, onu görməyə gedəcəyini qeyd etmişdi. Lakin aprelin 2-də düşmənlə döyüşdə qəhrəmancasına şəhid oldu.

Qeyd edək ki, şəhid leytenantımız da 2004-cü ildə atasını itirib. 13 yaşından atasız böyüyən leytenant Q.Orucəliyev əslən Naxçıvan şəhərindən idi. O, dünyaya gəldiyi Naxçıvan şəhərində böyük izdihamla dəfn edilib.(Baku ws)


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır