www.sinerjipro.net

SinerjiProWide
Reklam

610x380xrusvetuni.jpg.pagespeed.ic.Y-KiVVpapGƏliməmməd Nuriyev: “Bu addımın atılması korrupsiya halları haqqında məlumat verən şəxslərin miqyasını genişləndirər, belə hallarının aşkarlanması yolunda ciddi amilə çevrilə bilər”

Dünya ölkələrində korrupsiyaya qarşı müxtəlif mübarizə metodlarından istifadə olunur. Rumıniyada korrupsiya mənimsənilmə hallarını aşkarlayan jurnalistə həmin mənimsənilən vəsaitin 2 faizi verilir.

Azərbaycanda da korrupsiya halları geniş yayılıb. Ona qarşı mübarizə aparıldığı söylənilsə də, hələlik bu sahədə hər hansı bir ciddi irəliləyiş yoxdur. Bu fonda görəsən, Rumıniya təcrübəsinin Azərbaycanda da tətbiq edilməsi yolu ilə ölkəmizdə korrupsiyaya qarşı mübarizədə ciddi dönüşə nail olmaq olarmı?

Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev Yenicag.az-a açıqlamasında korrupsiya hüquq pozuntusu haqqında məlumat verən şəxsin müdafiəsi ilə bağlı müzakirəsini apardıqları qanun layihəsində, mükafatlandırma sisteminin də nəzərdə tutulduğunu bildirdi: “Məsələ ondadır ki, Azərbaycanda korrupsiya hüquq pozuntuları haqqında məlumat verən şəxslərin müdafiəsi haqqında qanun layihəsi hazırlanıb. Bu Korrupsiyaya qarşı Mübarizə Haqqında Milli Fəaliyyət Proqramı çərçivəsində nəzərdə tutulan fəaliyyət istiqamətlərindən biridir. Artıq ötən il belə bir layihəni hazırladıq. Həmin qanun layihəsinin ekspert və beynəlxalq təşkilat nümayəndələrilə birlikdə müzakirəsi də oldu. Hər halda həmin qanun layihəsi üzərində iş gedir. Burada bir neçə variant nəzərdə tutulub. Birincisi, korrupsiya faktı haqqında məlumat verən şəxslərin təhlükəsizliyi təmin edilməlidir. Onlara qarşı gələcəkdə hansısa tədbirlərin görülməsinin qarşısını almaq üçün qanunda mütləq imperativlər nəzərdə tutulub. Söhbət ondan gedir ki, bəzi hallarda məlumat verən şəxslər işdən çıxarıla, təqibə məruz qala bilərlər. Müzakirə olunan məsələlərdən biri də o idi ki, korrupsiya hüquq pozuntusu haqqında məlumat verən şəxslərin mükafatlandırılması da həyata keçirilsin. Bu zaman da bir neçə variant ətrafında müzakirələr gedib.

Birinci onunla bağlıdır ki, baş verən və təsdiqini tapan hüquq pozuntusunun xarakteri, ağırlıq dərəcəsindən asılı olaraq bu barədə məlumat verən şəxs üçün mükafat məbləğlərinin müəyyənləşdirilməsi vacibdir.  Başqa variant ondan ibarətdir ki, dəymiş ziyanın məbləğinə proporsional şəkildə onun hansısa bir faizi qədər qonorar verilsin. ABŞ və Qazaxıstanda korrupsiya pozuntusu barədə məlumat verənlərin mükafatlandırılması sistemi vardır. Çox ölkələrdə bu addım müəyyən səmərə də verir. Amma Azərbaycanda bu istiqamətdə hələlik ekspertlər səviyyəsində müzakirələr gedir və mükafatlandırma sisteminin olub-olmaması ilə bağlı qəti qərar yoxdur. Bu addımın ölkəmizdə də atılması fikrimcə, korrupsiya hüquq pozuntusu haqqında məlumat verməyi stimullaşdırar, belə şəxslərin miqyasını genişləndirə bilər. Həmçinin, korrupsiya hallarının aşkarlanması yolunda ciddi amilə çevrilər. Əminəm ki, Azərbaycanda da korrupsiya hüquq pozuntuları haqqında məlumat verən şəxslərin müdafiəsi haqqında qanunda bir çox instrumentlərin qəbuluna nail ola biləcəyik ki,  bu da korrupsiyaya qarşı mübarizəyə ciddi təsir göstərəcək”.

ELÇİN

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 107
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."