yenicag.az

Kral yandırılacaq – Foto

Kral yandırılacaq – Foto

Müəllif: Redaktor

Editor

164097_res_01Tailandda “9-cu Rama” adlandırılan 89 yaşlı kral Phumpion Adulyadetin vəfatından sonra 30 günlük matəm elan olunub. Məmurlar üçünsə matəm 1 il davam edəcək.

AsiaOne bildirir ki, kral Phumpion ölkəni 70 il ərzində idarə edib.

Buddist ənənələrinə uyğun olaraq kralın nəşi 3 gün Banqkokdakı Böyük Saray Kompleksində yerləşən məbəddə saxlanacaq və onunla vida mərasimi keçiriləcək. Daha sonra kralın nəşi yandırılacaq.

67 milyon əhalisi olan Tailandda indi əksəriyyət qara geyinib. Matəmə rəğmən dükanlar işləyir.

64 yaşlı varis şahzadə Maha Vatçiralonqkon Mahidol taxta çıxmağa tələsmir.

Ölkə parlamenti dünən fövqəladə iclas keçirərək mərhum kralı ansalar da, varis şahzadənin taxta dəvət olunması ilə bağlı ənənəvi çağırışı səsləndirməyiblər.

Şahzadə isə bəyan edib: “Atamın itkisi məni çox kədərləndirib. Yas başa çatana qədər hakimiyyət barədə qərar verməyəcəyəm”.

Hazırda taylar Böyük Saraya axın edir, mərhum kralla vidalaşırlar.

Xəbərlər

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti