Ads by Google

hightechnic
Ads by Google

unnamed (1)Rusiyanın Krasnoyarsk şəhərində yaşayan azərbaycanlılar Nar bayramı keçirib. Tədbir Krasnoyarsk diyarı Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Krasnoyarsk regional bölməsi və Rusiya Azərbaycan Gənclər Birliyinin (AMOR) yerli nümayəndəliyi tərəfindən təşkil olunub.

Bayram çərçivəsində Azərbaycan xalqının ədəbiyyatı, milli geyimləri, dekorativ-tətbiqi sənət əşyaları, nardan hazırlanmış ənənəvi milli mətbəxin nümunələrindən ibarət sərgi nümayiş etdirilib. Tədbirin keçirildiyi səhnə isə dəstərxan, milli xalçalar, narla dolu toxunma səbətlər və bannerlərlə bəzədilib.

Bayram şənliyində “Odlar Yurdu” Azərbaycan xalq mahnı və rəqs ansamblı, müğənnilər, həmçinin şən və hazırcavablar komandasının üzvləri çıxış edib, kiçik müsabiqələr təşkil olunub.

Tədbirdə Krasnoyarsk diyarı Qubernatorunun İctimai Əlaqələr İdarəsinin, Dostluq Evinin nümayəndələri, ÜAK-ın yerli təmsilçiləri, digər ictimai birliklərin rəhbərləri, KİV nümayəndələri, azərbaycanlılar, yerli sakinlər iştirak edib.
Azərbaycan diaspor fəalı Səadət Qarayeva KİV nümayəndələrinə narın vətəni Azərbaycanla bağlı, xalqımızın zəngin milli-mədəni irsi, onun musiqisi, milli mətbəxi, adət-ənənələri barədə məlumat verib. O, bildirib ki, bu bayram şənliyi, yerli sakinlərin tədbirdə iştirakı Azərbaycan və Rusiya, eləcə də xalqlarımız arasındakı çoxəsrlik qonşuluq və dostluq münasibətlərini növbəti dəfə ahəngli şəkildə əks etdirir.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 61
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."