Ads by Google

hightechnic
Ads by Google

Azərbaycan Mərkəzi Bankı (AMB) avqust ayı üzrə depozit və kreditlər üzrə orta faiz dərəcəsini açıqlayıb. Ona əsasən görmək olur ki, kredit faizlərində bahalaşma baş verib. Belə ki, avqust ayında verilmiş kreditlər üzrə orta faiz dərəcəsi manatla 13%, xarici valyuta ilə 10,62% olub. İyul ayı ilə müqayisədə avqustda manatla verilən kreditlər üzrə orta faiz dərəcəsi 0,10%, xarici valyutada olan kreditlər üzrə faiz dərəcəsi isə 0,62% artıb. Ümumiyyətlə, manatla olan kreditlərdə orta faiz illik 12,28%-dən 13%-ə, xarici valyutada isə 10,21%-dən 10,62%-ə yüksəlib.

Görəsən, onsuz da baha başa gələn kreditlər üzrə faiz dərəcəsində baş verən növbəti artım nə ilə bağlıdır?

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov Yenicag.az-a açıqlamasında bildirdi ki, kredit faizlərinin bahalaşmasına onun az təklif olunması öz təsirini göstərib:

“Ümumiyyətlə götürəndə, görürük ki, ölkədə kreditləşmə prosesi ən aşağı səviyyədə həyata keçirilir. Kreditlərin az təklif olunması da bazarda kredit faizlərini bahalaşdıran əsas amillərdən biridir. Amma o da var ki, son iki ayda müəyyən banklar hətta kredit faizlərini də aşağı salıblar. Bununla bağlı müəyyən kampaniyalar həyata keçirilir. Təbii ki, burada problemsiz müştərilərin sayının azalmasının da rolu vardır. Lakin əvvəlki aylarla müqayisədə bankların kredit aktivliyi nisbətən artıb. Bu isə kredit faizlərini aşağı salan məqamlardandır. Bununla belə orta göstəriciyə görə kreditlərdə bahalaşma baş verib. Güzəştli və ipoteka kreditləri hesabına verilən kreditin həcmi ümumi kredit portfelində çox olanda, o zaman faizlər aşağı düşür. Hansı dövrdə ki, ümumi portfeldə güzəştli və ipoteka kreditinin həcmi aşağı olur, o halda orta faizlər daha yuxarı qalxır. Düşünürəm ki, avqust ayında kredit faizlərinin bahalaşmasına səbəb olan əsas amil məhz kredit portfelinin strukturunda yaranan fərqdən irəli gəlir”.

ELÇİN

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1360
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."