Yazı İçi 468×60

67257Bankların kredit kartlarının sayı azalmaqda davam edir.

Ötən ilin dekabr ayında kredit kartlarının sayı 79 min ədəd azalaraq 1 milyon 10 min ədədə düşüb. Ötən ilin yanvar ayında əhalinin banklardan aldığı kredit kartlarının sayı 1 milyon 322 minə çatmışdı. Həmin vaxtdan ötən ilin onuna qədər keçən müddətdə kredit kartlarının sayı 312 min ədəd azalıb.

Ötən ilin ortalarından etibarən ölkədə cəmi ödəniş kartlarının sayı da azalıb. 2015-ci ilin İyul ayında ödəniş kartlarının sayı 6 milyon 88 min ədəd çıxmışdı. İlin ikinci yarısında ödəniş kartlarının sayı 429 min ədəd azalaraq 5 milyon 659 min ədədə düşüb. Azlama kredit və əmək haqqı kartlarının azalması ilə bağlıdır. Ötən ilin Noyabr-Dekabr aylarında əmək haqqı kartları 16 min ədəd azalıb. Bu iş yerlərinin bağlanması iləı bağlıdır.
Kredit və əmək haqqı kartlarının azalması nağdsız satış edən mağaza və xidmət obyektlərinin və ödəmə sistemlərinin gəlirlərini azaldır.

Dövriyyədə olan kartların 2 milyon 451 min ədədini sosial, 1 milyon 467 min ədədini əməkhaqqı, 732 min manatını digər debet kartları və 1 milyon 10 min ədədini kredit kartları təşkil edib.

Ötən il debet və kredit kartları ilə 12 milyard 472 milyon manatlıq əməliyyat həyata keçirilib (2014-də 11 milyard 869 milyon manat idi, +5,1%) . Əməliyyat həcminin 2 milyard 287 milyon manatı kredit kartları, 10 milyard 187 milyon manatı debet kartları vasitəsilə aparılıb.

2014-cü ildə kredit kartları ilə 2 milyard 347 milyon manatlıq əməliyyat həcmi qeydə alınmışdı və bu 2015-ci illə müqayisədə 2,5% çoxdur. 2015-ci ilin son aylarından başlayaraq kredit kartları ilə əməliyyatların həcmi azalaraq aylıq 170 milyon manatdan da aşağı düşmüşdür. Əvvəlki aylarda kredit kartları ilə aylıq əməliyyatın həcmi 190-210 milyon manat civarında olurdu.

2014-cü ildə debat kartları ilə 9 milyard 523 milyon manatlıq əməliyyat həcmi qeydə alınmışdı və bu 2015-ci illə müqayisədə 7% azdır.

Ödəniş kartları ilə aparılan əməliyyatların təxminən 85%-ni nağd pulun çıxardılması təşkil edib.(marja)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 19
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."