Mərkəzi Bankın rəsmi rəqəmlərinə əsasən, hələ də demək olar ki, kredit portfelinin böyük hissəsi paytaxt Bakının payına düşür. Rəsmi rəqəmlərdən də göründüyü kimi 16.27 milyard manatlıq ümumi kredit portfelinin 13.79 milyard manatı Bakıda cəmlənib. Bu isə o deməkdir ki, ümumi kreditləşmənin 85 faizi paytaxtda həyata keçirilir. Bu fonda yerdə qalan bölgələrin payına cəmi 15 faiz düşür.

Görəsən bu disbalansın aradan qaldırılması üçün konkret hansı addımlar atılmalıdır?

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov Yenicag.az-a açıqlamasında paytaxtla rayonların kreditləşməsi istiqamətində mövcud olan disbalansın aradan qaldırılmasının mümkün olduğunu diqqətə çatdırdı:

“Bunun üçün ilk növbədə ipoteka kreditləşməsində regionlar üçün limit müəyyənləşdirilməlidir. Çünki ipoteka kreditləşməsinə baxsaq, görərik ki, onun əhəmiyyətli hissəsi Bakının payına düşür. Elə rayonlar var ki, ipoteka proqramı başlayandan bəri cəmi 1 ipoteka krediti ala biliblər. Bu da ondan xəbər verir ki, kreditlər regionlarda deyil, Bakıda təklif edilir. Onların kreditlərə çıxış imkanları məhduddur. Burada digər məqam real kreditlərin Bakıda təklif olunmasıdır. Çünki regionların girovla bağlı imkanlarının məhdud olması nəticə etibarı ilə paytaxtın payının daha çox olmasına səbəb olur. Ona görə də biznes kreditləşməsində girovlarla bağlı yeni mexanizmlər işlənib hazırlanmalıdır. Dövlət regionlarda fəaliyyət göstərən sahibkarlar üçün girov təklif etməli, yaxud da zaminlik prinsipindən istifadə etməlidir ki, bölgənin iş adamları biznes kreditlərindən daha çox istifadə edə bilsinlər. Qeyd etdiyim bu addımlar birbaşa təşviqedici və kreditləşmədə rayonların çəkisinin artırılmasına hesablanan addımlardır. İpoteka kreditləri üçün marj müəyyənləşə və ya limit tətbiq olunarsa, biznes kreditindən istifadə üçün regionlara girov müqabilində zəmanət prinsipini tətbiq edilərsə, ümumi kredit portfelində regionların çəkisi artar. Əsas odur ki, regionlara təklif edilən kredit faizlərini aşağı salmaq mümkün olsun.

ELÇİN

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 3
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."