Ads by Google

hightechnic
Ads by Google

155191_res_01Xəbər verildiyi kimi Putin Anton Vaynonu Prezident Administrasiyasının rəhbəri təyin edib. Rusiya prezidenti bildirib ki, onun namizədliyini Admnistrasiya rəhbərinin bu gün işdən azad edilən keçmiş rəhbəri Sergey İvanov irəli sürüb.

Virtualaz.org Rusiya prezidenti Administrasiyasının yeni rəhbəri Anton Vaynonun bioqrafiyasına dair bəzi məlumatları çatdırır. O, 1972-ci ildə Estoniyanın paytaxtı Tallində anadan olub. 1996-cı ildə MQİMO-nu bitirib. Rusiyanın Yaponiyadakı səfirliyində, XİN-dı işləyib. 2003-cü ildə Prezident Administrasiyasına işə keçib və protokol xidməti İdarəsinə təyin olunub. Bu idarədə müxtəlif vəzifələr tutub.

Putin prezident postunu Dmitri Medvedyevə verib baş nazir postuna keçəndə Anton Vayno Hökumət Aparatına təyin olunub, daha sonra aparat rəhbərinin müavini, baş nazirin protokol xidmətinin rəhbəri olub. 2012-ci ildə yenidən Putinlə Kremlə qayıdıb və Prezident Administrasiyasının rəhbərinin müavini təyin edilib. İndiyə qədər həmin vəzifədə işləyirdi.

Anton Vaynonun atası Eduard Vayno SSRİ-nin Yaponiyadakı ticarət nümayəndəsi olub. 1985-1990-cu illərdə SSRİ-nin “Avtopromimport” birliyində işləyib, direktor müavini olub. SSRİ-dən avtomobil texnikasının ixracına nəzarət edib. 2003-2007-ci illərdə “Avtovaz”ın baş direktoru, prezidentinin müşaviri işləyib. Hazırda “Avtovaz”In xarici əlaqələr üzrə vitse-prezidentidir.

Anton Vaynonun babası da sadə adam olmayıb. Karl Vayno 1978-1988-ci illərdə Estoniya Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi işləyib. Estoniyada etirazların başlamasından sonra vəzifəsindən çıxarılıb, Moskvaya, Sov.İKP MK-da vəzifəyə təyin olunub. Son illərə qədər Moskvada yaşayırdı.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 54
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."