www.sinerjipro.net

SinerjiProWide
Reklam

59770Türkiyə paytaxtı Ankarada keçirilən Krım Tatarlarının 2-ci Ümumdünya Konqresi başa çatıb.

Yenicag.az xəbər verir ki, avqustun 1-2-də baş tutan konqresin sonunda yekun bəyannamə qəbul olunub.

Bəyənnamədə Krımın Ukraynaya qaytarılması üçün bütün vacib tədbirlərin görülməsi yer alıb və bunun yerinə yetirilməsi üçün Rusiya tərəfinə çağırış olunub.

Sənəddə deyilir: “Krımın ilhaqına dərhal son qoyulmalı və Ukraynanın yeni Konstitusiyasında Krım tatarlarına muxtariyyət verilməlidir.”

Toplantıda dünyanın 12 müxtəlif ölkələrindən 180 Kırım tatarlarının ictimai təşkilatı və bəzi siyasətçilər iştirak edib. Təşkilatçılar bildiriblər ki, onlar Rusiya təhlükəsizlik xidmətlərinin təzyiqi ucbatından konqresi Krımdan kənarda keçirməyə məcbur olublar.

Bu arada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Krımın heç vaxt Rusiyaya birləşdirilməsini qəbul etməyəcəklərini söyləyib. O deyib ki, tarix boyu Krım tatarları deportasiya və repressiyalara məruz qalıb: “Uğur qazanmaq üçün birlik qorunmalıdır, buna görə də Türkiyə Krımın Rusiyaya birləşdirilməsini tanımır və heç zaman tanımayacaq.”

Konqresdə ABŞ-dan Krım tatarlarının konqresə göndərdiyi mesaj səsləndirilib. Ümumiyyətlə, ABŞ Dövlət Departamenti 2014-cü ilin martında referendumun nəticələrinə görə, Rusiyanın Krımı özünə birləşdirməsini tanımır. “Biz Ukraynanın müstəqilliyi və onun ərazi bütövlüyünü tanıyırıq. Bundan sonra da dəstəkləyəcəyik. Bu xalqı daim sıxışdırırlar. “Krım tatarlarının babaları repressiyalar şəraitində yaşayıblar, sürgündə yaşamağa məcbur ediliblər və onların nəsillərindən bir çoxu heç vaxt geri qayıtmayıb. Bu gün Krım tatarları Rusiya tərəfindən işğal edilmiş Krımda repressiyalar və diskriminasiya ilə üzləşirlər.

Avropa ölkələri də Rusiyanı Krımı ilhaq etdiyinə görə kəskin sürətdə tənqid edib. Moskvanın hərəkətləri Rusiya ilə Qərb arasında münasibətləri daha da gərginləşdirib.

Krım-Tatar Məclisinin mətbuat xidməti yaydığı məlumatda deyilir ki, 2014-cü il martın 16-da Krımda muxtariyyətin statusu barədə referendum təşkil edilib. Referendum iştirakçılarının 96%-i Krımın Rusiyaya birləşməsinin tərəfdarıdır. Daha sonra 2014-cü il martın 21-də Rusiya prezidenti Vladimir Putin Krımın və Sevostopolun Rusiyanın tərkibinə qatılması barədə sazişin ratifikasiya edilməsi barədə qanunu imzalayıb.

Beləliklə, Rusiya 1984-cü ildə BMT tərəfindən qəbul edilmiş Helsinki xartiyasının tələblərini pozub. Xartiyaya görə, muxtar qurumun dövlətin tərkibindən çıxması üçün yalnız muxtar qurumun deyil, bütün dövlətin ərazisində referendum keçirilməlidir.
Krım və Sevastopol 2014-cü ilin martında keçirilmiş referendumdan sonra Rusiyaya birləşdirilib. Prezident Vladimir Putin bildirib ki, Krımda referendumun keçirilməsi beynəlxalq hüququn normalarına və BMT-ın Nizamnaməsinə uyğundur.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 53
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."