!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Kris Smit erməni diasporasına xidmət edir ” – ASGA Rusiya nümayəndəliyinin sədri

!Reklam – Yazi

10410162_389474707887818_7206374677682200948_nABŞ Helsinki Komissiyası Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsi barədə qanun layihəsini artıq Konqresə təqdim edib.

Bu qanun layihəsini konqresə təqdim edərək qəbul etdirmək istəyən Kris Smit ABŞ və Azərbaycan əlaqələrinə ciddi şəkildə zərər vurmaq niyyətindədir.

Bununla bağlı “ASGA” Rusiya nümayəndəliyinin sədri Toğrul Allahverdili ölkə.az açıqlamasında bildirib ki, 907-ci düzəlişi xatırlamaq yerinə düşər: “Həmin düzəliş 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən “Azadlığa Dəstək” Aktına qəbul edilən və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayan düzəlişdir. Bu düzəlişdə sözügedən Kris Smitin böyük rolu vardı. Həmin şəxs ermənilərlə dostluğunu etiraf etməkdən çəkinmir. Dost olduqları üçün sırf onların sifarişini yerinə yetirir.

Erməni diasporunun ən yaxın dostlarından olan Kris Smit ABŞ-ın “erməni soyqırımı”nı tanımasının ən aktiv tərəfdarlarındadır. Smit qondarma “soyqırım”ın tanınması ilə bağlı onlarla bəyanat səsləndirib ki, onlardan beşi yalnız bu ilin payına düşür. Bu və digər faktlara baxsaq, ermənilərlə Smit arasındakı əlaqələri aydın şəkildə görə bilərik”.

Nümayəndəlik rəhbəri bildirib ki, Kris Smit anlamalıdır, Azərbaycanla təziq yolu ilə danışmaq qəbul edilməzdir və Azərbaycanda “siyasi məhbus”lar adlandırdıqları şəxslər Azərbaycan qanunvericiliyinə əməl etməyən şəxslərdir.

 

Yenicag.az

www.yenicag.az

546
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv