www.sinerjipro.net

SinerjiProWide
Reklam

azay_quliyev_tedbir_040515_04ABŞ-ın Helsinki Komissiyasının sədri, konqresmen Kris Smit tərəfindən təqdim olunan “Azərbaycan Demokratiya aktı” layihəsi adlı sənəd ABŞ-ın maraqlarına ciddi zərbə vuracaq.

Bunu AzVision.az-a açıqlamasında millət vəkili Azay Quliyev deyib.

Onun sözlərinə görə, belə iddiaların Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasında keçiriləcək görüş qabağı ortaya atılması təsadüfi deyil: “1992-ci ilin oktyabrında Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad etdiyi zaman ABŞ Konqresi keçmiş sovet respublikalarına dövlət yardımının göstərilməsini tənzimləyən “Azadlığa Dəstək Aktı”nı qəbul edib. Bu qanuna edilən 907-ci düzəliş Azərbaycanın rəsmi qurumlarına Amerika hökuməti tərəfindən birbaşa yardımının göstərilməsinə qadağa qoydu. Halbuki regionda sanksiyaya məruz qalacaq yeganə ölkə işğalçı Ermənistan idi. Hesab edirəm prezidentlərin görüşü qabağı təqdim edilən bu sənəd Minsk qrupunun həmsədr dövləti kimi ABŞ-ın nüfuzunə ciddi xələl gətirir. ABŞ birbaşa separatçılara maliyyə yardımı edir. Hətta bizim rəsmi və qeyri-rəsmi şəkildə buna etirazımız olub”.

A.Quliyev hesab edir ki, Kris Smitin təqdim etdiyi layihə Ermənistan hakimiyyətinin və erməni lobbisinin Azərbaycana qarşı keçirdiyi məkirli kampaniyanın tərkib hissəsidir.

“Təəssüflər olsun ki, yenə erməni lobbisi aktivdir. Bu sənədin qəbul edilməsinin Amerika üçün faydası olmayacaq. Bu kimi qərəzli addımlar eləcə də Azərbaycan ictimaiyyətində ABŞ-ın imicinə mənfi təsir göstərə bilər”.

Millət vəkili vurğulayıb ki, sözügedən qanun layihəsində əks olunan iddialar cəfəng məlumatlardır: “Mən orada yer alan məlumatları oxumuşam. Heç bir fakta söykənməyən, hər hansı xüsusi araşdırmaya və faktlara əsaslanmayan sənəd layihəsidir. Azərbaycanda insan hüquqlarının və mətbuat azadlığının, multikulturalizm ənənələrinin pozulmasını iddia etmək sadəcə olaraq məqsədyönlü qərəzdən başqa bir şey deyil”.

Deputat qeyd edib ki, sənəd layihəsinin qəbul olunma şansı çox azdır: “İnanıram ki, ABŞ Dövlət Departamenti, ölkə prezidenti və qərarverici orqanlar belə avanturist qərarlara getməyəcək və bu təşəbbüs olaraq qalacaq. Çünki, bu, ilk növbədə hazırki geosiyasi vəziyyətə əksdir, Azərbaycanın bölgədə yaratdığı müsbət rola uyğun deyil. Eyni zamanda Azərbaycanın apardığı balanslaşdırılmış siyasət ABŞ-ın mənafeyinə uyğundur. Və bunun fonunda ABŞ-ın ağıllı siyasətçiləri və qərar qəbul edənləri razı ola bilməzlər ki, bölgədə Azərbaycan kimi güclü müttəfiq və strateji tərəfdaşı itirsinlər. Bu, ABŞ-ın maraqlarına qarşı yönələn bir təşəbbüsdür”.

A.Quliyev hesab edir ki, təqdim edilən layihənin qarşısını almaq üçün müvafiq addımlar atılmalı, bütün imkanlar səfərbər olunmalıdır: “Hesab edirəm ki, amerikalıların özləri qanunun əleyhinə çıxmalıdırlar. Bütün bunların hamısı mərkəzləşdirilmiş qaydada erməni lobbisi tərəfindən irəli sürülən və belə bir həssas məqamda təqdim olunan təxribat xarakterli təşəbbüsdür. Bunun Azərbaycana və ABŞ-a xeyri olmayacaq”.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 40
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."