!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

KRİTİK 15 DƏQİQƏ… – Ərdoğan necə sağ qaldı? – ŞOK FAKTLAR

!Reklam – Yazi

1XZ-300x158Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəsini əvəz edən 1-ci Ordu komandanı ordu generalı Ümid Dündar hərbi çevrilişə cəhd edənlərin məqsədlərini telefonla Ərdoğana bildirib. Bu barədə Türkiyə mediası məlumat yayıb.

15 iyul hərbi çevrilişə cəhd ərəfəsində ən kritik müdaxilənin 1-ci Ordu komandanı ordu generalı Ümid Dündardan gəldiyi ortaya çıxıb.

Məlumatda bildirilir ki, Baş Qərargah rəisi və silahlı birlik komandanlarının girov götürüldüyü bir zamanda çevrilişin reallaşmasının qarşısını alan kritik müdaxilə 1-ci Ordu komandanı ordu generalı Ümid Dündara Baş Qəragah rəisini əvəz etməsi üçün səlahiyyətin verilməsi olub. Baş nazir Binəli Yıldırımın imzası ilə vəzifə başına keçən Ümid Dündar prezident Ərdoğanın Marmarisi tərk edərək İstanbula gəlməsində, təhlükəsizliyinin təmin olunmasında və sonrakı proseslərdə prosseslərdə çox önəmli rol oynadı.

Təhlükəsizlik eksperti Mete Yararın verdiyi məlumata görə, hərbi çevriliş səhərə yaxın gerçəkləşdiriləcəkdi. Plana görə Baş Qərargah rəhbərliyi, Jandarma Baş Komandanlığı, MİT və prezident hadisələrdən uzaq tutulacaq və səhər saat 05:00-da hərbi çevrilişin baş tutduğunu elan edəcəkdilər. Lakin MİT hadisələrin üstünü açınca planın reallaşdırılmasını önə çəkiblər.

Prezident Ərdoğanın istirahət etdiyi Marmarisdəki otelinə dörd helikopter istiqamət alır. MİT əməkdaşları prezident Ərdoğanın mühafizə rəisinə xəbər verir. Bundan sonra prezident oteli tərk edir, 15 dəqiqə sonra isə çevrilişçilərin helikopterləri gəlir.
Bu zaman İstanbulda gərgin anlar yaşanır. Çevrilişçilər 1-ci Ordu komandanı, general Ümid Dündara zəng edərək: “bizə qatıl” – deyir. Dündar buna cavab olaraq: “bir az fikirləşmək istəyirəm” – deyir. Bu telefon danışığından dərhal sonra Ümid Dündar prezident Ərdoğana zəng edərək baş verəcək hadisələr haqda onu xəbərdar edir. Və Prezidentə Ankaraya deyil, İstanbula uçmağı məsləhət bilir.

Beştəpədəki Prezident Sarayının fətullahçılar tərəfindən mühasirəyə alındığını bildirən Dündar Ərdoğana İstanbulda onun təhlükəsizliyini təmin edə biləcəklərini söyləyir.

Bundan sonra Ərdoğan Ankraya deyil İstanbula uçmaq göstərişi verir. Ancaq fətullahçı hərbiçilər havada Ərdoğanın təyyarəsini vurmağa cəhd edirlər.

501Bu məqsədlə sonradan FETÖ terror təşkilartına üzv olduğu ortaya çıxan Ərdoğanın baş hərbi müşaviri polkovnik Ali Yazıçıya prezidentin hansı təyyarə ilə hara uçduğunu öyrənmək tapşırılır. Ali Yazıçı Ərdoğanın qorumasnın rəhbərliyinə zəng edərək prezidentin təyyarəsinin hara uçduğu barədə koordinatları istəyir.

Şəxsi təhlükəsizliyin rəhbəri şübhələnir və hara uçacaqlarının hələ məlum olmadığını bildirir. Bundan sonra Marmarisdən eyni vaxtda 3 təyyarənin havaya qalxması qərara alınır. Ərdoğan mülki təyyarədə İtanbula uçur. Prezidentin göstərişi ilə enmədən öncə təyyarənin bütün işıqları söndürülür.

Bununla belə fətullahçıların əlindəki 2 F-16 Ərdoğanı oturduğu təyyarəyə hücum etmək istəyir. Ancaq general Ümid Dündarın göstərişi ilə Əskişəhər 1-ci Ana Jet Üst Komandanlığından havalanan 2 F16 dövriyəyəyə girərək, qiyamçıları qovur. Beləliklə, fətullahçı hərbçilərin Ərdoğanı öldürmək cəhdi baş tutmur.(Azpolitika)

www.yenicag.az

740
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv